Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Apple ABŞ iqtisadiyyatına 350 milyard dollar kömək edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Apple ABŞ iqtisadiyyatına 350 milyard dollar kömək edəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 
ABŞ-ın texnologiya nəhəngi Apple, gələcək 5 ildə Amerika iqtisadiyyatına 350 milyard dollar töhfə verəcəyini bildirib.


 
"Marja" xəbər verir ki, dünyanın bazar dəyəri ən yüksək şirkəti olan Apple-dən verilən açıqlamada, şirkətin  məşğulluq, xərc və investisiya planları sayəsində gələcək 5 ildə ABŞ iqtisadiyyatına birbaşa 350 milyard dolların üzərində dəstək verəcəyi bildirilib.


 
 Açıqlamada, şirkətin, amerikalı tədarükçülərə və istehsalçılara ödənişlərinin və yeni investisiyaların bu il 55 milyard dollar olacağı qeyd edilib.


 
Gələcək 5 ildə Apple-ın edəcəyi sərmayənin 30 milyard dollar olacağı məlumatına yer verilən açıqlamada, şirkətin ABŞ-dakı məlumat mərkəzlərinə 10 milyard dollar, "İnkişaf Etmiş Emal" adlı fonda da 5 milyard dollar verəcəyi qeyd edilib.


 
Həmçinin açıqlamada, Apple-ın ABŞ xaricindəki gəlirlərinin bir hissəsini ölkəyə gətirməsi çərçivəsində Amerika hökumətinə təxminən 38 milyard dollar vergi ödəyəcəyi məlumatı verilib.
 


Açıqlamada, şirkətin gələcək 5 ildə Amerika iqtisadiyyatında 20 min nəfərlik yeni məşğulluq yaradacağı bildirilib.

 

Şirkətin hazırda ABŞ-ın 50 ştatında cəmi 84 min işçisinin olduğunun qeyd edildiyi açıqlamada, Apple-ın ölkə daxilində təxminən 9 min tədarükçü şirkətlə çalışdığı bildirilib.


 
Açıqlamada, şirkətin ABŞ daxilində texnologiya və proqramlaşdırma təhsillərinə də dəstək  verməyə davam edəcəyinə diqqət çəkilərkən, Apple-ın əməliyyat sistemi iOS və uyğun proqramların 2017-də ABŞ iqtisadiyyatında 1,6 milyon nəfərlik məşğulluq və 5 milyard dollarlıq gəlir yaratdığı vurğulanıb.
 
 

18.01.2018 07:26

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ