“Türk Hava Yolları”ndan Azərbaycanda yeni endirim kampaniyası!
“Türk Hava Yolları” aviaşirkəti Azərbaycanda yeni endirim kampaniyasına start verib. Kampaniya çərçivəsində İstanbuldan Bakıya, Gəncəyə və Naxçıvana, həmçinin əks istiqamətə olan aviabiletlər endirimli qiymətlərlə təklif olunur.
Belə ki, kampaniya çərçivəsində Bakı-İstanbul-Bakı aviareysi üzrə biletin qiyməti 169 avrodan, Gəncə-İstanbul-Gəncə və Naxçıvan-İstanbul-Naxçıvan aviareysi üzrə isə 119 avrodan başlayır.
Bundan başqa, İstanbul-Bakı-İstanbul aviareysi üzrə biletin minimal qiyməti 167 ABŞ dolları, İstanbul-Gəncə-İstanbul və İstanbul-Naxçıvan-İstanbul aviareysi üzrə isə 106 ABŞ dolları təşkil edir. Sözügedən qiymətlərə 30 kq baqaj və 8 kq əl yükü daxildir.
Yanvarın 31-dək davam edəcək kampaniya çərçivəsində alınan biletlər ilə 15 yanvar – 10 iyun tarixləri ərzində səyahət etmək mümkündür. Kampaniyanın qaydalarına əsasən, biletlər səyahət tarixindən minimum 5 gün əvvəl alınmalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
2 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
2 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 12 saat əvvəl
-
13 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 13 saat əvvəl
-
14 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
14 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 14 saat əvvəl