Daha bir bank 2017-ni mənfəətlə başa vurduğunu açıqladı
Dövlət bankı Azər Türk Bankın 01 yanvar 2018-ci il tarixinə aktivləri 336 milyon 764 min manat səviyyəsində olmuşdur.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, Azər Türk Bankın kredit portfelinin həcmi 119 milyon 838 min manat təşkil etmişdir.
Ümumi gəlirlər 96 milyon 569 min manat, xərclər 95 milyon 425 min manat olmuşdur. Bank ötən il 1 milyon 143 min manat həcmində mənfəət əldə etmişdir.
Ötən ilin sonunda Bankın məcmu kapitalının həcmi 53 milyon 186 min manat olmuşdur. Qeyd edək ki,məcmu kapitalın adekvatlıq əmsalı 27,7 % təşkil edir ki, bu da müəyyən edilmiş normadan üç dəfəyə yaxın çoxdur.
Bankın nizamnamə kapitalı 50 milyon manat həcmindədir.
Ötən il ərzində Bank 180 milyon manat həcmində depozit cəlb etmişdir ki, bunun da 75,7 milyon manatı əhalinin əmanətləridir.
Hazırda dövriyyədə Banka məxsus 38 mindən çox aktiv plastik kart vardır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37 faiz çoxdur.
Ötən il ərzində bankın müştərilərinin sayı 53 faiz artaraq 24 560 nəfərə çatmışdır.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 saat əvvəl
-
13 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 13 saat əvvəl
-
14 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
14 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
14 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
15 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 15 saat əvvəl