Azərbaycanda 9 sığorta şirkətinin ödənişləri artıb
2017-ci ilin yekunlarına görə, Azərbaycandakı 21 sığorta şirkətindən 9-nun ödənişləri illik müqayisədə artıb, 10-nun ödənişləri azalıb, 1 şirkət ("Qala Sığorta") 2016-cı ildə ödəniş etmədiyi və 1 şirkət ("Naxçıvan Sığorta") əvvəlki il bazarda olmadığı üçün isə onların ödənişlərində dinamika qeydə alınmayıb.
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabatdan məlum olur.
Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "Günay Sığorta"dır. Bu şirkət hesabat dövründə 1,155 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 337,3% çoxdur. Ödənişləri ən az artan şirkət isə "Atəşgah Sığorta"dır. Bu şirkətin ödənişləri ötən il 15,794 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 0,4% çoxdur.
Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "PAŞA Sığorta"dadır. Bu şirkət il ərzində 43,439 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 8,4% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "Amrah Sığorta" şirkətindədir. Bu şirkətin ödənişləri 62,3% azalaraq 72 min manata düşüb.
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 45 d. əvvəl
-
2 saat əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl