Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Dünya 1900 dollara alır, Azərbaycan 2200 dollara sata bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünya 1900 dollara alır, Azərbaycan 2200 dollara sata bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kənd Təsərrüfatı Nazirliyinin icmallaşdırma və statistik təhlil şöbəsi tərəfindən Azərbaycandan cins heyvanların ixracı imkanları ilə bağlı araşdırma aparılmışdır.

 

Reklam_3_11

Araşdırmada göstərilir ki, dünya üzrə hər il təqribən 1,1 milyard ABŞ dolları dəyərində cins heyvan ixracı həyata keçirilir. Müxtəlif mənbələrin araşdırması göstərir ki, ixrac olunan cins heyvanların böyük hissəsi «HolştinFriz» və «Simmental» növləridir.

 

Avropa ölkələri, ABŞ, Avstraliya, Yeni Zellandiya və Uruqvay dünya üzrə cins heyvanlar ixracının 90%-dən çox hissəsini həyata keçirirlər. Araşdırmada qeyd edilir ki, inkişaf etməkdə olan ölkələrdə cins heyvanların idxalına yüksək tələbat var. Ən böyük idxalatçılar qismində Çin və Türkiyə çıxış edir.

 

Qlobal bazarda cins heyvanların orta idxal qiyməti bir baş üçün təxminən 1900 ABŞ dollarıdır.

 

Azərbaycan dünyada ən çox cins heyvan idxal edən 15 ölkədən biri olmaqla yanaşı, 2016- cı ildən başlayaraq ölkəmiz az sayda da olsa cins heyvan ixracına başlamışdır. Yəni Azərbaycanın cins heyvan idxalçısından ixracatçısına çevrilməsi imkanları mövcuddur.

 

Hazırda Azərbaycandan cins heyvanlar Türkmənistana ixrac olunur və bir baş cins heyvanın təqribi ixrac qiyməti 2350 ABŞ dolları təşkil edir. Araşdırma zamanı aydın olmuşdur ki, qonşu və region ölkələrinə Azərbaycandan ixrac olunan cins heyvanlar üçün potensial bazarlar kimi baxa bilərik. Potensial ixrac bazarı kimi baxılan ölkələrdə orta idxal qiyməti, bir baş üçün 2200 ABŞ dolları təşkil edir

18.01.2018 11:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ