Azərbaycanda 62 xarici müəssisə və təşkilat ləğv olunub

Azərbaycanda maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan müəsssisə və təşkilatların sayı illik müqayisədə 4,4% artaraq 2018-ci il yanvarın 1-nə 1 635 vahidə çatıb.

 

Ötən il ərzində bu fəaliyyətlə bağlı 86 müəssisə və təşkilat yaradılıb, 23-ü isə ləğv olunub.

 

Müəssisə və təşkilatların 96%-ni və ya 1 570 vahidini kommersiya təşkilatları əhatə edib.

 

Qeyd edək ki, 2017-ci il ərzində ümumilikdə ölkədəki müəssisə və təşkilatların sayı 10,5% artaraq, 2018-ci il yanvarın 1-i vəziyyətinə 118 594 vahid olub.

 

Artım iqtisadiyyatın “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, “Daşınmaz əmlakla əlaqədar əməliyyatlar”, “Turistlərin yerləşdirilməsi və ictimai iaşə”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “İnformasiya və rabitə”, “İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət”, “Nəqliyyat və anbar təsərrüfatı” və “Peşə, elmi və texniki fəaliyyət” sahələrində nəzərəçarpacaq dərəcədə olub.

 

Hesabat ilində Azərbaycanda 100% xarici investisiyalı 786 müəssisə və təşkilat yaradılıb, 62-si ləğv olunub. 2018-ci il yanvarın 1-nə xarici müəssisələrin sayı 7 014 vahid təşkil edib. Bundan başqa, hesabat ilində 190 birgə müəssisə yaradılıb, 13 birgə müəssisə isə ləğv olunub. Beləliklə, 2018-ci ilin əvvəlinə birgə müəssəslərin sayı 2 165 vahidə çatıb.

 

 

©Report

18 Yanvar 2018 , 17:34   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin