Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Ziraat Bank Azərbaycan”ın xalis mənfəəti azaldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Ziraat Bank Azərbaycan”ın xalis mənfəəti azaldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Ziraat Bank Azərbaycan” ASC 2017-ci ili 4 milyon 63 min manat xalis mənfəətlə başa vurub.

 

“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il Bankın cəmi gəlirləri 15 milyon 968 min manat, o cümlədən faiz gəlirləri 11 milyon 776 min manat, qeyri-faiz gəlirləri 4 milyon 192 min manat təşkil edib.

 

2016-cı ildə  “Ziraat Bank Azərbaycan” cəmi 14 milyon 64 min manat, o cümlədən 8 milyon 133 min manat faiz, 5 milyon 931 min manat qeyri-faiz gəlirləri əldə etmiş, həmin ili 5 milyon 956 min manat xalis mənfəətlə başa vurmuşdu.

 

İllik müqayisədə faiz xərcləri 1 milyon 589 min manatdan 3 milyon 207 min manata, qeyri-faiz xərcləri isə 4 milyon 346 min manatdan 6 milyon 505 min manata qalxıb.

 

Bankın xalis əməliyyat mənfəəti 2016-cı ildə 8 milyon 130 min manat ikən, 2017-ci ildə 6 milyon 256 min manat təşkil edib.

 

Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırma da artıb (Bu gecikmədə olan kreditlərin artdığına işarədir). 2016-cı ildə 434 min manat olan ayırma, ötən il 1 milyon 231 min manat təşkil edib.

 

Ötən ilin xalis əməliyyat mənfəətindən ehtiyatlara ayırma çıxıldıqdan sonra 5 milyon 25 min manat vergi ödənilənədək mənfəət qalıb. Bu mənfəətdən 962 min manat mənfəət vergisi ödənilib. Nəticədə Bankın 4 milyon 63 min manat xalis mənfəəti qalıb.

 

AKTİVLƏRİ ARTIB

 

31 Dekabr 2017-ci il tarixində “Ziraat Bank Azərbaycan” 186 milyon 665 min manat cəmi aktivlərə, 120 milyon 770 min manat cəmi öhdəliklərə və 65 milyon 895 min manat cəmi balans kapitalına malik olub.

 

“Ziraat Bank Azərbaycan” 2016-cı ilin sonunda 132 milyon 195 min manat cəmi aktivlərə, 71 milyon 566 min manat cəmi öhdəliklərə 60 milyon 629 min manat cəmi balans kapitalına malik idi.

 

Bankın kredit portfeli 2016-cı ilin sonundakı 54 milyon 666 min manatdan 67 milyon 884 min manata qalxıb.

 

PULLARINI TÜRKİYƏ BANKINA ƏMANƏT EDƏNLƏR ARTIR

 

Bankın depozit portfeli 2016-cı ilin sonunda 37 milyon 924 min manat ikən, 2017-ci ilin sonunda 80 milyon 128 min manata çatıb. O cümlədən, əhalinin əmanətləri 17 milyon 158 min manatdan 37 milyon 211 min manat qalxıb.

 

2017-ci ilin sonunda “Ziraat Bank Azərbaycan” 62 milyon 955 min manat məcmu kapitala malik olub.

 

“Ziraat Bank Azərbaycan” üç səhmdardan ibarət olmaqla açıq səhmdar cəmiyyəti formasında təsis edilmişdir. Bunlardan, 99.98% səs vermə hüququna malik səhmlərin sahibi T.C.Ziraat Bankası Anonim Şirkəti, 0.01% səs vermə hüququna malik səhmlərin sahibi Ziraat Sigorta Anonim Şirkəti və 0.01% səs vermə hüququna malik səhmlərin sahibi Ziraat Yatırım Menkul Değerler Anonim Şirkətidir

19.01.2018 06:01

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ