"125 min dollar olacaq, Bitcoin alın"
"Wall Street"in yüksək səviyyəli strateqlərdən biri olan Thomas Lee bir Bitcoin-in qiymətinin 2022-ci ildə 125 000 dollar olacağını bildirib. Beləliklə Lee, ötən ilin oktyabr ayında 25 000 dollar olaraq verdiyi proqnozu 400 faiz artırmışdır.
"Fundstat"ın qurucu ortağı və strateqi Lee, CNBC-yə verdiyi müsahibəsində Bitcoin-in qiymətinin bu ilin sonuna qədər 25.000 dollara çatacağını proqnozlaşdırıb. Lee daha əvvəl Bitcoin-in bu səviyyəyə 2022-ci ildə gələ biləcəyini söyləmişdi.
"Marja" xəbər verir ki, "Wall Street" strateqi verdiyi yeni müsahibəsində Bitcoin-in 2022-ci ildə isə 125 000 dollara çatacağını söyləyib.
Lee proqnozu, Bitcoin-in 10 000 dollardan aşağı düşməsiylə kriptovalyuta bazarında ortaya çıxan qeyr-sabitlikdən sonra verib. Dekabr ayında Bitcoin-in qiyməti 20.000 dollara qalxmışdı.
"Bitcoin-in ən aşağı səviyyəsinin 9000 dollar olacağını və bu səviyyə ətrafında aqressiv alıcıların olacağını gözləyirik. 9000 dollarlıq səviyyəyə 2018-ci ildəki ən böyük satınalma imkanı kimi baxırıq",- Lee deyib.
Lee həmçinin Ethereum və Ethereum Classic-in il sonuna qədər təxminən 90 faiz, NEO-nun isə 50 faiz bahalaşacağını deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 23 d. əvvəl
-
2 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
3 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
3 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
4 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 4 saat əvvəl