Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan işlənmiş avtomobil təkərlərinə idxal rüsumunu 3 dəfə artırıb - AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan işlənmiş avtomobil təkərlərinə idxal rüsumunu 3 dəfə artırıb - AÇIQLAMA

Azərbaycan bu ildən işlənmiş avtomobil təkərlərinin idxalı üzrə gömrük rüsumunu 3 ABŞ dollarından 10 dollara qaldırıb.

 

Reklam_3_11

Bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Səfər Mehdiyev deyib.

 

"Ümumilikdə, 500-dən çox gömrük tarifləri dəyişdirilib, rüsumların 57%-i dəyişməyib. Dəyişən tariflərin yalnız 7%-i artırılıb", - deyə S.Mehdiyev əlavə edib.

 

DGK rəsmisi işlənmiş təkərlərə tətbiq edilən rüsumun artırılmasına qarşı keçirilən etiraz aksiyasına münasibət bildirib: "Ölkəyə cəmi 3 nəfər işlənmiş təkər gətirib, lakin mitinqə 150-200 nəfər yığışmışdı. Bu, uyğun gəlmir. Biz xalqımızın gələcəyini, balalarımızı düşünürük".

 

DGK sədri Aydın Əliyev isə şikayətçiləri dinlədiklərini qeyd edib: "Qərar noyabrın 17-də dərc edilib və qüvvəyə minib. Həmin vaxtdan 3 nəfərin adına qeydiyyatda olan 6 maşın işlənmiş təkər gətirilib. Etiraz edən 100 nəfərdən sənədlərini və özünü təqdim etmələrini istədik, onlardan cəmi 11-i sənədini təqdim etdi. Qalan 89-u qaçdı. Onlar iddia edirlər ki, 3 avroya təkər alırlar, buna görə niyə 10 dollar rüsum ödəməlidir? Biz də deyirik ki, siz 3 avroluq təkəri burda 50 manata sata bilirsizsə, deməli bu rüsumu da ödəyə bilərsiz".

 

©Report

19.01.2018 08:43

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ