Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

SOCAR Türkiyədə yeni neft-kimya kompleksi yaradacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR Türkiyədə yeni neft-kimya kompleksi yaradacaq

SOCAR 2021-c ilə qədər Türkiyədə layihələrin rellaşdırılmasına 7 mlrd.dollara yaxın sərmayə yatıracaq


 

SOCAR-ın Türkiyədə layihələrin reallaşdırılmasına ümumi sərmayələri 12,6 mlrd. dollar təşkil edib. Bunu SOCAR Turkiye Enerji şirkətinin rəhbəri Zaur Qəhrəmanov Türkiyənin "Capital" nəşrinə müsahibəsində deyib.

 

“2008-ci ildə Türkiyə bazarına daxil olduq. Bu ölkənin iqtisadiyyatına sərmayə portfelimiz 19,5 mlrd.dollar həcmində qiymətləndirilir. Bu vəsait 2021-ci ilə qədər yatırılacaq. İndiyədək SOCAR-ın Türkiyə iqtisadiyyatına sərmayələri  12,6 mlrd. dollar təşkil edib. Vəsaitin qalan həcmi 2018, 2019 və 2020-ci illərdə yatırılacaq”, - Z.Qəhrəmanov bildirib.

 

O vurğulayıb ki, dünyanın 13 ölkəsində fəaliyyət göstərən SOCAR-ın xarici sərmayələrinin ən çox həcmi Türkiyənin payına düşüb. Bununla bərabər, ARDNŞ və Azərbaycanın digər şirkətlərinin Türkiyəyə sərmayələri bu ölkənin iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların 51%-ni təşkil edir.

 

“Türkiyənin neft-kimya sektorunda yeni layihələrin reallaşdırılmasına dair niyyətimiz qalmaqdadır. Bu sahədə şirkətimiz üçün böyük perspektivlər və potensial mövcuddur, Türkiyə hökumətinin dəstəyi hiss olunur. Söhbət yeni neft-kimya kompleksinin yaradılmasından gedir. Bununla əlaqədar, ilkin injinirinq hesablamaları artıq başa çatıb, ətraflı layihələndirmə mərhələsinə keçirik, bu da zaman tələb edəcək”, - Z.Qəhrəmanov vurğulayıb.

 

Onun sözlərinə görə, həmçinin SOCAR Turkiye Enerji digər şirkətlərlə tərəfdaşlıqda Aliağa adasının enerji sektoruna vəsait yatırmağı planlaşdırır.

 

“Layihə enerji infrastrukturuna müəyyən vəsaitin yatırılmasını nəzərdə tutur və injinirinq mərhələsindədir”, - Z.Qəhrəmanov əlavə edib.

 

O həmçinin məlumat verib ki, 2009-2012-ci illərdə yalnız Petkim neft-kimya kompleksinin inkişafına 760 mln. dollar yatırılıb.

 

“Sonra hər il Petkim-in inkişafına  100 mln. dollar yatırılıb. Türkiyənin neft-kimya bazarında Petkim-in payı 17% təşkil edir. Yeni sərmayələr hesabına biz bu rəqəmi 40-60%-ə çatdıracağıq”, - Z.Qəhrəmanov qeyd edib.

 

© İnteraks-Azərbaycan

22.01.2018 11:21

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ