5000-ci lisenziyanı bu şirkət aldı
İqtisadiyyat Nazirliyi tərəfindən 5 saylı Bakı “ASAN xidmət” mərkəzində sayca 5000-ci lisenziya verilib. Sənəd İqtisadiyyat Nazirliyinin və “ASAN xidmət” mərkəzinin əməkdaşları tərəfindən tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri fəaliyyəti üzrə “AMAL+A” MMC-yə təqdim edilib.
Nazirliyin yaydığı məlumata görə, “AMAL+A” MMC-nin nümayəndəsi ölkədə sahibkarlığın inkişafı sahəsində görülən tədbirlərə, aparılan kompleks islahatlara, lisenziyaların verilməsi prosedurlarının sadələşdirilməsinə və şəffaflığın təmin olunmasına görə dövlət başçısına təşəkkürünü bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Fərmanına uyğun olaraq, 2 noyabr 2015-ci il tarixindən İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə lisenziyaların verilməsinə başlanılıb.
İndiyədək verilmiş lisenziyalar əczaçılıq, tikinti-quraşdırma işləri, özəl tibb, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi, baytarlıq preparatlarının satışı, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması, dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması, təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması, təhsil, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı, yanğından mühafizə, qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların quraşdırılması və təmiri, rabitə xidmətləri və s. sahələri əhatə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 12 saat əvvəl
-
14 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 15 saat əvvəl
-
15 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
15 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
15 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
16 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 16 saat əvvəl