Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Artıq maaş almayacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Artıq maaş almayacaq

Tesla-nın İcraçı direktoru Elon Musk-un bundan sonra gəlir əldə etməsi üçün şirkətinin yüksək nisbətdə mənfəətə çatması və səhmlərinin bahalaşması lazımdır.



 
Elektrikli avtomobil istehsalçısı Tesla-nın İcraçı direktoru Elon Muskın bundan sonra müntəzəm əmək haqqı və ya mükafat almayacağı, şirkətin mənfəətinə və səhmlərinin müvəffəqiyyətinə əsasən gəlir əldə edəcəyi açıqlanıb.

Reklam_3_11


 
"Marja" Tesla-dan verilən açıqlamaya istinadən xəbər verir ki, səhmdarların yeni qərarına görə, Tesla-nın bazar dəyərinin əvvəlcə 100 milyard dollara çatması lazımdır. Bu səviyyəyə çatdıqda Musk bir miqdar gəlir əldə edəcək. Sonrakı hər il də şirkət dəyərinə 50 milyard dollar əlavə etməlidir. Yəni şirkətin dəyəri 50 milyard artarsa Elon Musk zəhməthaqqısını alacaq. Muskın  12 dövrə təsadüf edən bütün nəzərdə tutulan gəliri əldə etməsi üçün isə Teslanın 650 milyard dollarlıq bir şirkət olması lazımdır.


 
Eyni zamanda Tesla-nın mənfəət hədəflərini də yerinə yetirməsi lazımdır.


 
Müqavilə çərçivəsində 46 yaşlı sahibkar İcraçı direktor və İdarə Heyətinin sədri olaraq qalmağa davam edəcək. Musk-ın şirkətə başqa bir İcraçı direktor təyin etmək səlahiyyəti də olacaq. Avtomobil nəhənginin mövcud bazar dəyəri 59,1 milyard dollardır.

23.01.2018 12:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ