Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Goldman Sachs" Bitcoin üçün "köpük" xəbərdarlığı edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Goldman Sachs" Bitcoin üçün "köpük" xəbərdarlığı edib

ABŞ-ın investisiya bankçılığı nəhəngi "Goldman Sachs", "Bitcoin"in qiymətinin "köpük" səviyyəyəsində olduğu barədə xəbərdarlıq edib.


 
"Marja" xəbər verir ki, "Goldman Sachs"ın investisiyaların idarəedilməsi departamenti tərəfindən hazırlanan hesabatda, Bitcoin-in bazar dəyərinin həqiqi dəyərini aşaraq "köpük" adlandırılan səviyyədə olduğu qeyd edilib.

Reklam_3_11


 
Hesabatda, "Bitcoin"in qiymətindəki sürətli artımın, 1997-2001-ci illərdə ABŞ-da görülən "internet köpüyü" və 1634-1637-ci illərdə Hollandiyada baş verən "lalə çılğınlığı" adlı dövrləri geridə qoyduğuna diqqət çəkilib.


ƏMƏLİYYATLAR ASAN VƏ ŞƏFFAF DEYİL, XƏRCLƏR ÇOX YÜKSƏKDİR


Rəqəmsal pul vahidinin istifadəçilərə asanlıq və şəffaflıq təmin etməsi lazım olduğuna toxunulan hesabatda, "Bitcoin"in bunun tam əksi olduğu və bu virtual valyutanın əməliyyatlarının istifadəçilər üçün adətən 10 gün davam etdiyi vurğulanıb.
 


Hesabatda, ABŞ-da virtual pul xırdalayan və çevirən internet şirkətlərinin Bitcoin qiymətləri arasında 31 faiz kimi yüksək qiymət fərqi görüldüyünə işarə edilərək, eyni zamanda Bitcoin-in əməliyyat xərclərinin də çox yüksəldiyi bildirilib.


 
HAZIRKİ QİYMƏTLƏR UZUN MÜDDƏT QALA BİLMƏYƏCƏK


 
Kriptovalyutaların hazırkı qiymətlərinin uzun müddət qala bilməyəcəyi qeyd edilən hesabatda, "Bitcoin"də tənəzzülün yaşanması vəziyyətində bunun qlobal iqtisadiyyata və ya maliyyə bazarlarına təsirinin olmayacağı bildirilib. Hesabatda, virtual pulların ümumi bazar dəyərinin qlobal iqtisadiyyat içindəki payının 0,8 faiz olduğu məlumatına yer verilib.

 

"Bitcoin"in dəyəri 17 Dekabr 2017-ci il tarixində 20 min dollara qədər qalxandan sonra 16 Yanvarda 10 min dollardan da aşağı düşərək bir ayda 50 faiz ucuzlaşmışdı.


 
ABŞ-da "internet köpüyü" və ya "dot-com köpüyü" kimi tanınan dövrdə Nasdaq Texnologiya İndeksinin qiyməti 1995-2000-ci illərdə 5 dəfə yüksəlmiş, 2001-də texnologiya şirkətlərinin səhmləri kəskin düşmüş və ölkədəki internet şirkətlərinin yarısına yaxını iflas etmişdi.


 
Hollandiyada baş verən "lalə çılğınlığı" dövründə isə lalə soğanaqlarının qiymətləri 1634-cü ildə artmağa başlamış, 1637-ci ilin əvvəlində isə bir lalə soğanağının qiyməti Hollandiyada orta bir mənzilin qiymətindən 5 dəfə yüksək qiymətə qalxmışdı. 1637-ci ilin Fevral  ayında lalə soğanaqlarının qiymətləri kəskin düşərək istehsalçılar və uzunmüddətli sazişlərə malik olan investorları böyük zərərə məruz qalmışdılar.

24.01.2018 06:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ