Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-dan ciddi addım - gömrük vergisi tətbiq ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-dan ciddi addım - gömrük vergisi tətbiq ediləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Prezidenti Donald Trump, Amerikalı istehsalçılara zərər verdiyi və bu səbəbdən də idxal günəş panellərinə və paltaryuyan maşınlara əlavə gömrük vergiləri tətbiq edib.


 
"Marja" xəbər verir ki, ABŞ Ticarət Nümayəndəliyindən (USTR) verilən məlumata görə, Trump, idxal günəş panelləri və paltaryuyan maşınlarına bu il müvafiq olaraq 30 faiz və 20 faiz əlavə gömrük vergisi tətbiq olunmasını təsdiq edib.
 


Trump rəhbərliyinin Şimali Amerika Azad Ticarət Razılaşmasını (NAFTA) yenidən müzakirəyə çıxarmasından bu yana ən ciddi addım olaraq qəbul edilən gömrük vergisi qərarının, Amerikalı istehsalçıların ABŞ Beynəlxalq Ticarət Komissiyasına (ITC) etdikləri şikayətlər əsas götürülərək verildiyi bildirilib.


 
Açıqlamada, ITC-nin Amerikalı istehsalçıların günəş panelləri və paltaryuyan maşınlarının idxalından ciddi şəkildə zərər gördüyünü müəyyən etdiyi və ABŞ Prezidenti Trumpa sözügedən məhsullara gömrük vergisi tətbiq edilməsi tövsiyəsini verdiyi ifadə edilib.
 

Vergilər, günəş panelləri üçün 4, paltaryuyan maşınları üçün 3 il davam edəcək

 

Gömrük vergisi faizləri hər il mərhələli olaraq azaldılacaq.


 
Belə ki, böyük hissəsi Çindən idxal edilən günəş panelləri, modulları və batareyalarına 2018-də 30 faiz, 2019-da 25 faiz, 2020-də 20 faiz və 2021-də 15 faiz gömrük vergisi tətbiq ediləcək.
 

İdxal paltaryuyan maşınların idxalına isə bu il 20 faiz, gələn il 18 faiz, növbəti il 16 faiz gömrük vergisi tətbiq ediləcək.
 

Amerikalı istehlakçıları mənfi təsir göstərə bilər
 

Trump rəhbərliyinin proteksionist ticarət addımlarından sonuncusu olan gömrük vergisi qərarı, Amerikalı istehsalçıları sevindirərkən, bərpa olunan enerji sektorunda fəaliyyət göstərən şirkətləri və ekologiya təşkilatlarını kədərləndirib.
 

Ölkədə Günəş Enerjisi Sənayesi Assosiasiyası, bu sektorda çalışan 260 min Amerikalı fəhlənin dörddə birinin idxal günəş panellərinə tətbiq edilən gömrük vergisinə görə işlərini itirə biləcəyini açıqlayıb.
 

 Amerika Bərpa Olunan Enerji Şurası isə günəş panellərinə qarşı gömrük vergisinin elektrik qiymətlərini qaldıracağı barədə xəbərdarlıq edib.

24.01.2018 07:49

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ