Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanlı ekspert: Bu il Bitcoin-in qiymətinin 50 min dollara qalxacağını gözləyirəm

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanlı ekspert: Bu il Bitcoin-in qiymətinin 50 min dollara qalxacağını gözləyirəm

“İlin Yanvar və Fevral ayları kriptovalyuta bazarında aktivlik aşağı olur. Bazarda canlanma Mart ayından sonra başlayacaqdır”.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, bunu kriptovalyutalar üzrə könüllü məsləhətlər verən Rəşad Camal Mehdiyev bildirib.

 

“Hazırda bir çox iri investorlar istirahətdədir, bazarda yalnız kiçik oyunçular var. İnsanlar il boyü işləyib, Yanvar-Fevral aylarında istirahət edirlər. Mart ayından başlayaraq daha böyük milyonluq alışlar başlayacaqdır. Bu alışların da qiymətləri qaldıracağını hesab edirəm”.

 

Rəşad Camal bildirib ki, indiki vəziyyətdə Bitcoin-in əsl dəyəri 10-12 min dollar arasındadır.

 

“Hazırda Bitcoin qiymətlərində baş verən ucuzlaşmanın 8500 dollaradək düşə biləcəyini hesab edirəm. Qısa müddət sonra qiymət yenidən 10-12 min dollar aralığına qayıdacaqdır. Mən, qiymətlər 18-20 min dollara qalxan zaman da bildirmişdim ki, bu, Bitcoin-in əsl dəyəri deyil. Bitcoin-in əsl dəyəri 10-12 min dollar aralığındadır”.

 

Rəşad Camal Mehdiyev Bitcoin-in qiymətilə bağlı növbəti proqnozunu da verib: “İlkin proqnozuma görə, bu ilin sonunda Bitcoin-in qiyməti 50 min dollara çatacaqdır. Dəqiq proqnozumu Martdan sonra verəcəyəm. Çünki Mart ayında CEO-lar, investorlar, treyderlər bazara qayıdacaqlar, iri alışlar başlayacaqdır. Müqavilələrə baxım, sonra yekun proqnozumu verəcəm”.

24.01.2018 08:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ