Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Çiyələk əkən fermerlər təkliflər səsləndiriblər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çiyələk əkən fermerlər təkliflər səsləndiriblər

Kartofdan gəlir götürə bilməyən cəlilabadlı fermerlər çiyələk sahələrini artırmağa qərar veriblər. Bu sahənin daha gəlirli olmasını düşünən fermerlər satış zamanı problemlərlə üzləşirlər.

 

Daxili bazarın tələbatını artıqlaması ilə ödəyən cəlilabadlı fermerlərin növbəti məqsədi xarici bazara hədəflənməkdir. Ən optimal variant isə Rusiya bazarlarıdır.

 

Fermer Mirismayıl Quliyev deyir ki, emal müəssisələri yaradılarsa rayonda müxtəlif çeşidli çiyələk məhsulları istehsal olunar və bu məhsullar da xarici ölkələrə ixrac edilər. Bundan başqa, Cəlilabad çiyələyinin Rusiya bazarlarında satışının təşkili üçün xüsusi təyinatlı avadanlıqlara ehtiyac var.

 

Fermer Mirismayıl Quliyev: “Əsas çiyələkçilik üçün lazım olan, gəlir əldə eləməkdən ötrü şoklanma və soyuducu sistemlərin qurulmasıdır. Şoklanma odur  ki, çiyələk müəyyən dərəcəyə qədər sərinləşdirilir, onun dözümlülüyü artır. Həmin çiyələk sərinləşdiriləndən sonra 15-20 gün dözə bilir, korlanmır.”

 

Fermer deyir ki, son günlər havaların quraq keçməsi istixana şəraitində becərilən çiyələyə təsir etməyib. Kollar hər ay normaya uyğun suvarılıb. Lakin bundan sonra havalar soyuq və şaxtalı keçərsə bu şübhəsiz məhsuldarlığa ciddi ziyan verə bilər. Çünki, şaxtalı və soyuq hava bitkinin vegetasiya dövrünü ləngidir.

 

Cəlilabadlı fermerlər təsərrüfat ilində çiyələk sahələrini 420 hektara çatdırıblar. Hər il orta hesabla bu sahələrdən 25-30 ton çiyələk meyvəsi toplanır.Toplanan məhsullar əsasən ölkədaxili bazarlarda satışa çxarılır.

 

© ARB 

24.01.2018 10:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ