Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda vergi ödəyicilərinin sayı 2,1% artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda vergi ödəyicilərinin sayı 2,1% artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Vergilər Nazirliyi 2017-ci ildə 148 min 990 vergi ödəyicisini qeydiyyata alıb. "Marja" xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

 

2016-cı ildə Vergilər Nazirliyində 145 min 874 vergi ödəyicisi qeydiyyatdan keçib. Beləliklə, 2017-ci il ərzində qeydiyyata alınan vergi ödəyicilərinin sayı 2,1% artıb.

 

“2017-ci ildə 148 min 990 vergi ödəyicisi, həmçinin 11860 hüquqi şəxs, fərdi sahibkarlıqla məşğul olan 137130 fiziki şəxs qeydiyyata alınıb”, - nazirlikdən qeyd ediblər.

 

Vurğulanır ki, 2018-ci ilin 1 yanvar tarixinə vergi ödəyicilərinə 404 min 646  sayda ASAN İmza sertifikatı verilib.

 

Ötən il 17167 nəzarət–kassa aparatı və 6803 POS-terminal qeydiyyata alınıb.

 

Azərbaycan 2008-ci il yanvarın 1-dən sahibkarların “bir pəncərə” prinsipi üzrə qeydiyyatı sisteminə keçib. Kommersiya fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin bu sistem üzrə qeydiyyata alınma prosesi Vergilər Nazirliyinin vasitəsilə 1-2 gün ərzində həyata keçirilir.

24.01.2018 13:42

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ