Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

ABŞ-da neft hasilatı artır

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da neft hasilatı artır

ABŞ-ın kommersiya məqsədli xam neft ehtiyatları ötən həftə 1,1 milyon barrel azalıb.



 ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının ötən həftə 1,1 milyon barrel (0,3 faiz) azalaraq 411,6 milyon barrelə gerilədiyini açıqlayıb.
 

Reklam_3_11

"Marja" xəbər verir ki, bazar gözləntisi ehtiyatların 1 milyon barrel azalacağı istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 6,9 milyon barrel azalma qeyd etmişdi.
 

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə ötən həftə 0,2 milyon barel artaraq 664,5 milyon barelə yüksəlib.
 

ABŞ-ın həftəlik benzin ehtiyatları isə 3,1 milyon barel (1,3 faiz) artaraq 244 milyon barelə çatıb.
 

Benzin ehtiyatlarına dair bazar gözləntisi 2,5 milyon barel artım olması istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 3,6 milyon barrel qalxmışdı.
 

 ABŞ-ın xam neft ixracı da keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 162 min barel artımla 1,41 milyon barelə, xam neft idxalı da gündəlik orta hesabla 91 min barel artımla 8,04 milyon barelə çatıb.


 XAM NEFT HASİLATI YÜKSƏLİB
 

Ölkənin xam neft hasilatı keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 128 min barel artımla 9,88 milyon barelə yüksəlib.
 

ABŞ-ın xam neft ehtiyatlarındakı azalmaya baxmayaraq hasilatın artması qlobal bazarlarda neft qiymətlərinin aşağı düşməsinə səbəb olmuşdur.


 
Bakı vaxtı ilə saat 21:00-a olan məlumata görə, Brent neftin qiyməti 69,75 dollara, ABŞ-ın Qərbi Texas (WTI) tipli neftinin qiyməti 64,79 dollara qədər düşüb.

24.01.2018 18:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ