Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Özəlləşdirilən müəssisələrə güzəştlər verilə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Özəlləşdirilən müəssisələrə güzəştlər verilə bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Özəlləşdirilən müəssisələrin dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına olan borclarının silinməsi, vergi, gömrük və tarif güzəştlərinin tətbiqi müzakirə edilir.

 

Bunu Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) Strateji özəlləşdirmənin təşkili və investisiyaların cəlb edilməsi şöbəsinin müdiri Yalçın Camalov bildirib.

 

O, "İş adamlarının, sahibkarların və əhalinin də özəlləşdirməyə marağını artırmaq üçün bundan sonra, əlavə hansı yeniliklər tətbiq ediləcək?" sualına aşağıdakı şəkildə cavab verib:


"Hazırda qarşıya qoyulan əsas hədəf hərracların onlayn rejimdə elektron keçirilməsinin təşkilidir ki, bu istiqamətdə də işlər aparılmaqdadır. Eyni zamanda, müəssisələrin özəlləşdirilməsinə xarici investorların daha geniş miqyasda cəlb edilməsi üçün ən əlverişli investisiya mühitinin yaradılması baxımından, yeni özəlləşdirmə üsullarının tətbiqi, mövcud üsulların sadələşdirilməsi, özəlləşdirməqabağı sağlamlaşdırma və restrukturizasiya, özəlləşdirilən müəssisələrin dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına olan borclarının silinməsi, vergi, gömrük və tarif güzəştlərinin tətbiqi, özəlləşdirilmiş müəssisələr dövlət dəstəyi tədbirlərinin göstərilməsi və digər imtiyazlar hazırda müzakirə edilir".

 

ÖZƏLLƏŞDİRİLƏN MÜƏSSİSƏNİN TƏYİNATI DƏYİŞDİRİLƏ BİLƏR

 

Yalçın Camalov qeyd edib ki, hərraclar vasitəsilə özəlləşdirilən dövlət müəssisələrinin təyinatı bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq dəyişdirilə bilər:

 

"Bu zaman alıcılar (sahibkarlar) tərəfindən istehsal olunan məhsula tələbat, yəni onun bazarının olması əsas götürülür. Təbii ki, bazarı olmayan məhsulu heç kim istehsal etməz. Bu baxımdan, mülkiyyətçi və səhmdarlar müəssisənin təyinatının dəyişdirilməsində mövcud qanunvericiliyin tələblərinə riayət etmək şərti ilə sərbəstdirlər.

 

Digər tərəfdən, ölkə və ya regionun iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən, istehsal olunan məhsulları strateji əhəmiyyətə malik olan, çoxlu sayda vətəndaşımızın çalışdığı müəssisələrin profilinin dəyişdirilməsinə məhdudiyyət qoyula bilər. Bu tələb müvafiq dövlət əmlakının satışı üzrə keçirilən investisiya müsabiqəsinin şərtlərində əksini tapır.

 

Eyni zamanda, mövcud qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda, habelə dövlət elmi, xalq bədii sənət, gənclərin təhsili, asudə vaxtının təşkili, fiziki və mənəvi inkişafı, bədən tərbiyəsi və idman müəssisə, obyekt və qurğularının özəlləşdirilməsi zamanı müəyyən müddətə fəaliyyət profilinin saxlanılması şərti irəli sürülə bilər". 

 

© FED

25.01.2018 08:05

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ