Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

SOCAR Ukraynada biznesini genişləndirə bilər - RƏHBƏRLİYİ SƏFƏRƏ GEDƏCƏK

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR Ukraynada biznesini genişləndirə bilər - RƏHBƏRLİYİ SƏFƏRƏ GEDƏCƏK
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

SOCAR şirkəti (ARDNŞ) Ukraynada iştirakını genişləndirməkdə maraqlıdır. Bunu Azərbaycanın Kiyevdəki səfiri Azər Xudiyev deyib.

 

Reklam_3_11

“Ukraynaya  300 mln.dollardan artıq sərmayə yatıran SOCAR əlverişli və cəlbedici investisya şərtləri ilə gələcəkdə burada biznesini genişləndirməyi planlaşdırır. Yaxın zamanda Ukraynanın Energetika Nazirliyi ilə bir sıra çox sərfəli layihələrin perspektivlərini müzakirə etmək məqsədilə ARDNŞ-nin rəhbərliyinin səfərini gözləyirik”, - diplomat Ukraynanın “Ukrinform” milli informasiya agentliyinə müsahibəsində bildirib.

 

A.Xudiyevin sözlərinə görə, Azərbaycan Ukraynada enerji layihələri və tenderlərdə iştiraka hazırdır. “Biz Ukraynada həyata keçirilən enerji layihələri və tenderlərdə yaxından iştirak etmək istərdik. Qeyd etmək lazımdır ki, ticarət dövriyyəsinin böyük hissəsi Azərbaycan nefti və neft məhsullarının Ukraynaya ixracının payına düşür”, - səfir qeyd edib.

 

A.Xudiyev vurğulayıb ki, Azərbaycan hər ay Ukraynaya 200-300 tona yaxın neft, neft məhsulları, qaz kondensatı və enerji tələbatı üçün digər yüngül və ağır neft məhsulları ixrac edir. “Tədarük alqoritmi plana əsasən həyata keçirilir”, - o əlavə edib.

 

© İnterfaks-Azərbaycan

25.01.2018 08:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ