Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan startapı ərəb fondundan investisiya aldı - MƏBLƏĞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan startapı ərəb fondundan investisiya aldı - MƏBLƏĞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın startapı “Keepface” Birləşmiş Ərəb Əmirliyindən (BƏƏ) investisiya alıb.

 

Şirkətin yaradıcısı və İcraçı direktoru Vaqif Abbasov “Marja”ya bildirdi ki, BƏƏ-də təsis edilmiş özəl fond “Keepface”ə 300 min ABŞ dolları məbləğndə investisiya yatıracaq.

 

İnvestisiyadan öncəki qiymətləndirməyə görə startapın dəyəri 2 milyon ABŞ dollarıdır.

 

“24 yanvar 2018-ci ildə “Keepface”, MENA bölgəsində fəaliyyət göstərən özəl investisiya fondundan ilk toxum investisiya müqaviləsini imzalayıb. Ayrılmış maliyyə "Keepface" platformasını inkişaf etdirmək və xidmət sahəsini genişləndirmək üçün istifadə olunacaqdır, - Vaqif Abbasov deyib.

 

"Keepface" mərkəzi ofizi Dubayda yerləşən, Türkiyə, İran, Mərkəzi Asiya və Qafqaz ölkələrində fəaliyyət göstərən Azərbaycan startapıdır. www.keepface.com

 

"Keepface" ​dünyada trend marketinq strategiyası sayılan "Influencer Marketing"i avtomatlaşdıran platformadır. Bu platformada influencerlər və brendlər bir-birini taparaq sosial media kampaniyalarını həyata keçirirlər.

25.01.2018 14:23

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ