Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bakı-Alanya marşrutu üzrə birbaşa aviareys açılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı-Alanya marşrutu üzrə birbaşa aviareys açılır

Azərbaycan Hava Yolları (AZAL) "low cost", yəni aşağı xərcli şirkəti olan "Buta Airways" ilə Alaniyanın Gazipaşa hava limanına uçuşlara başlayacaq.

 

Reklam_3_11

"Marja" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 15 May 2018-ci il tarixindən etibarən həftədə 3-4 uçuşla Bakı-GZP (Gazipaşa) aviareyslərinə başlanması planlaşdırılır

 

Xəbərdə deyilir: 


- Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, 5 Sentyabr 2017-ci il tarixində Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli toplantısı üçün getdiyi Azərbaycanın paytaxtı Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşmüşdü. Nazir Çavuşoğlu, bu görüş zamanı Əliyevə Alanyanın turizm imkanlarından, Gazipaşa-Alanya Hava Limanından da (GZP) bəhs etdib. O, İlham Əliyevdən, Azərbaycan-GZP uçuşlarının açılması məsələsində dəstək istəmişdi. Və aradan ötən 68 günün sonunda 11 Noyabr 2017-ci tarixində Azərbaycandan müjdə gəlmişdi.

 

Azərbaycan Hava Yolları (Azerbaijan Airlines, AZAL), nazir Çavuşoğlunun təşəbbüsündən sonra GZP-yə "Buta Airways" ilə may ayından etibarən həftədə üç reys açmağa hazır olduğunu, bunun üçün GZP-nin sahibi TAV ilə danışıqlara başladığı bildirilmişdi. AZAL, TAV ilə danışıqlar başa çatan kimi Bakı-GZP-Bakı uçuşları üzrə bilet satmağa başlayacağını bəyan etmişdi.

 

NAZİR ÇAVUŞOĞLU SON MƏLUMATLARI AÇIQLADI

 

Nazir Çavuşoğlu, bu mövzudakı son məlumatları açıqlayıb. Çavuşoğlu, "AZAL-ın Gazipaşa uçuşlarının başlaması üçün ötən həftə Bakıdakı səfirimizlə də danışaraq AZAL-ın sədr müavini ilə TAV Əməliyyatlar üzrə sədr müavini Murat Örnekolunu əlaqələndirdik. Qiymət məsələsində bazarlıq ediblər. Bu gün (dünən) TAV-dan Murad bəyə zəng edərək son vəziyyəti soruşdum. AZAL tərəfi yenə güzəşt istəmiş, ən sonunda biz vasitəçi olduğumuz üçün güzəştli qiymət üzərindən bir az da endirim edilmişdir. Yaxında imzaların atılması planlaşdırılır. İmzalar atıldıqdan sonra 15 May tarixindən etibarən həftədə 3-4 uçuş reysin həyata keçirmələri planlaşdırılır" deyib.

 

GZP-NİN  UÇUŞ ŞƏBƏKƏSİ BÖYÜYÜR


GZP-nin uçuş şəbəkəsi, çoxu nazir Çavuşoğlunun təşəbbüsləri və xahişlərilə Rusiya, Almaniya, Belçika, Hollandiya, Danimarka, Norveç və Ukraynadan sonra Azərbaycan ilə böyüməsini davam etdirəcəkdir. Bu, eyni zamanda, 2018-ci ilin 15 Mayından etibarən Alanyada Azərbaycanlı turistlərin görülə bilinəcəyi mənasına da gəlir.


TAV Gazipaşa-Alanya Aeroportunun Əməliyyat direktoru Cengiz Aşıklı da etdiyi açıqlamada "Danışıqlarımız yekunlaşmaq üzrədir. Bu məsələdə bizə ən böyük dəstəyi xarici işlər naziri Cənab Mövlud Çavuşoğlu verib. TAV adından ona çox təşəkkür edirik" deyib.

29.01.2018 10:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ