Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycan şərablarının ixracının azalma səbəbləri açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan şərablarının ixracının azalma səbəbləri açıqlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Bu gün Azərbaycan şərabçıları istehsal etdikləri şərabları sata bilmirlər".

 

Reklam_3_11

Bunu bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

 

Onun sözlərinə görə, bu gün Azərbaycandakı şərab zavodları öz potensialı ilə işləmir: “Hətta bəzi şərab zavodları fəaliyyətini dayandırıb. Buna başlıca səbəb isə əsasən şüşə qabların, şüşə qablaşma istehsalı müəssisələrinin olmamasıdır. Şərab istehsalçıları şüşə qablar problemini həll etmək üçün xaricdən şüşə idxal etməli olurlar. Bu da xarici valyutanın ölkədən çıxmasına və şərabın maya dəyərinin bahalaşmasına səbəb olur”.

 

Nazir deyib ki, şərabçılıqda maya dəyərində şüşə qabının məsələsinin təsiri böyükdür: “Bu məsələdə əsas olan marketinqdir. Bu məsələdə dövlət və şirkətlər müştərək işləməlidirlər. Ötən il Azərbaycanda şərab istehsalı 2 dəfə aşağı düşüb. Ancaq buna baxmayaraq ixrac artıb. Bazarlara çıxışı təmin etməklə xərcləri azaltmaq mümkün olacaq”.

 

Nazir bildirib ki, bu ilin sonuna qədər “Azərşüşə” MMC-ə tikilərək istifadəyə verilməlidir: “İnanıram ki, bu zavodun da fəaliyyətə başlaması problemin həllinə nail olmasına yardımçı olacaq”.

 

©APA

29.01.2018 10:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ