Azərbaycan Koreyada keçiriləcək qida sərgisində iştirak edəcək
Azərbaycan may ayında Koreyada keçiriləcək "SEOUL FOOD 2018" sərgisində iştirak edəcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildiriblər ki, Koreya Respublikasının Azərbaycandakı səfirliyinin ticarət şöbəsi - Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) direktoru Oh Myung Hunun rəhbərlik etdiyi nümayəndə heyəti AZPROMO-da olub.
AZPROMO rəhbərliyi ilə keçirilən görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Bildirilib ki, 2018-ci il ərzində Azərbaycanda Koreya şirkətlərinin iştirakı ilə 4 biznes-forum və istehlak malları festivalının keçirilməsi nəzərdə tutulub. Bundan başqa, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi istiqamətində bu ilin may ayında Koreyada keçiriləcək "SEOUL FOOD 2018" sərgisində Azərbaycanın vahid ölkə stendi ilə iştirakı iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətli olacaq.
Görüşdə Azərbaycanın kənd təsərrüfatı məhsullarının Koreyaya ixracı, azərbaycanlı sahibkarların bu ölkəyə səfərlərinin təşkili, yerli şirkətlərin Koreyada həyata keçirilən layihələrdə iştirakı barədə fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 saat əvvəl
-
12 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 12 saat əvvəl
-
13 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
13 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
13 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
14 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 14 saat əvvəl