Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Kredit Zəmanət Fonduna BOKT-ların da çıxışı vacibdir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Kredit Zəmanət Fonduna BOKT-ların da çıxışı vacibdir"

"Azərbaycan Mikromaliyyə Assosiasiyasının bank olmayan kredit təşkilatlarının (BOKT) İpoteka və Kredit Zəmanət Fonduna çıxış əldə edə bilməsi üçün Azərbaycan Sahibkarlar Konfederasiyasına müraciət edib".

 

Bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva deyib. Onun sözlərinə görə,  

 

"İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı fərman imzalanıb. İlkin olaraq bilirsiniz ki, müvəkkil banklar üçün nəzərdə tutulub. Biz bu məsələyə təkrar baxılması üçün Azərbaycan Sahibkarlar Konfederasiyasına müraciət etmişik. Çünki, Azərbaycan prezidenti İlham Əliyev də xüsusi vurğulayıb ki, regionların inkişafı, kənd təsərrüfatının inkişafı üçün sahibkarlığa dəstək artırılmalıdır. Biz inanırıq ki, bank olmayan kredit təşkilatlarının kredit portfelinin 80%-i bölgələrin payına düşdüyü üçün Kredit Zəmanət Fonduna BOKT-ların da çıxışı çox vacibdir", - deyə Jalə Hacıyeva vurğulayıb. 

 

Qısası, Assosiasiya istəyir ki, bank olmayan kredit təşkilatlarının sahibkarlara ayırdığı kreditlərə dövlət zəmanət verərək, kredit faizinin bir hissəsini dövlət büdcəsi hesabına kompensasiya olunsun.

 

© APA

29.01.2018 12:27

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ