Azərbaycanda meyvə-tərəvəz istehsalı azalıb
2016-cı ildə payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin 997,5 min hektar əkin sahəsindən 3 milyon 65,1 min ton və ya 2015-ci illə müqayisədə 2,2 faiz (65,7 min ton) çox məhsul götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 30,7 sentner təşkil etmişdir.
Bu barədə "Marja"ya Dövlət Statistika Komitəsindən bildirilib.
Həmçinin 2016-cı ildə 902,4 min ton və ya əvvəlki ilə nisbətən 7,5 faiz çox kartof, 1 milyon 269,3 min ton (0,5 faiz az) tərəvəz, 464,6 min ton (4,1 faiz az) bostan məhsulları, 883,7 min ton (0,5 faiz az) meyvə və giləmeyvə, 134,5 min ton (14,4 faiz az) üzüm, 1015,7 ton (75,4 faiz çox) yaşıl çay yarpağı, 321,3 min ton (72,7 faiz çox) şəkər çuğunduru, 17,1 min ton (9,3 faiz az) dən üçün günəbaxan, 3598,2 ton (3,8 faiz çox) tütün yarpağı yığılmışdır.
Dekabr ayının 26-na sahələrdən 87,2 min ton (2,5 dəfə çox) pambıq yığılaraq tədarük müəssisələrinə təhvil verilmişdir.
2016-cı ildə 523,8 min ton, yaxud əvvəlki ilə nisbətən 1,6 faiz çox diri çəkidə ət, 2009,9 min ton (4,4 faiz çox) süd, 1609,8 milyon ədəd (3,7 faiz çox) yumurta, 16,7 min ton (2,1 faiz az) yun istehsal olunmuşdur.
2015-ci illə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,6 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,8 faiz, bitkiçilik məhsulları istehsalı isə 2,5 faiz artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
25 d. əvvəl
Qusar meşəsində villa tikmək üçün ağaclar kəsilib? - Rəsmi açıqlama
- 29 d. əvvəl
-
31 d. əvvəl
İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək
- 33 d. əvvəl
- 39 d. əvvəl
- 44 d. əvvəl
-
1 saat əvvəl
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış ediblər - TAM MƏTN
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakı Fond Birjasında keçirilən əməliyyatların həcmi 11 milyard manatı ötüb