“Azəri-Çıraq-Günəşli”də neft hasilatı 7% azalıb
2017-ci ildə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan (AÇG) 28 mln. 906,4 min ton neft hasil olunub. Bu barədə hökumətdən məlumat verilib.
“2016-cı ildə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan (AÇG) 31 mln. 20,3 min ton neft hasil olunub. 2017-ci ildə bu göstərici 28 mln. 906,4 min ton təşkil edib, ötən il hasilatın azalması 6,8% olub”, - hökumətdən qeyd ediblər.
Öncə ARDNF-nin 2018-ci ilə bedcə layihəsinə dair Hesabalama Palatasının rəyinə istinadən məlumat verilib ki, 2018-ci ildə AÇG blokundan neft hasilatı 28 mln. ton təşkil edəcək (204,4 mln. barrel).
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilədə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, “Chevron” (Amerika) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Statoil” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 d. əvvəl
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
- 15 d. əvvəl
-
48 d. əvvəl
“166 Logistika” ilə Çindən 12 günə sürətli çatdırılma - Regionda bir ilk ®
-
1 saat əvvəl
"Bankımız 100 milyonluq manat istiqrazı buraxmağı planlaşdırır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Müştərilərə keşbek və “ƏDV-geri al” üzrə 100 milyona manata yaxın ödəmiş etmişik"
-
1 saat əvvəl
"Azərbaycanda "yaşıl artım"a keçid maliyyə sektorunun inkişaf strategiyasının əsas məqsədidir"
-
1 saat əvvəl
Unibankın biznes üçün “Bahar endirimi” kampaniyası davam edir
-
1 saat əvvəl
“Naxçıvanbank”ın kredit portfelinin böyük hissəsini əldə etmişik"
-
2 saat əvvəl
"Kapital Bank"ın Sədrindən biznes kreditlərilə bağlı açıqlama - "Orta faiz dərəcələri düşür"
- 2 saat əvvəl