Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda gündəlik neft və qaz hasilatı açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda gündəlik neft və qaz hasilatı açıqlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda sutkalıq neft hasilatı 108 min ton neft, qaz hasilatı isə 82 mln. kubmetr qaz təşkil edir.

 

Reklam_3_11

Bu barədə Energetika Nazirliyinin 2017-ci il üçün Yanacaq-energetika kompleksində fəaliyyətinə dair hesabatında deyilir.

 

“Hazırda ölkədə SOCAR şirkətinin (ARDNŞ) özünün işlətdiyi dəniz və quru yataqlardan, həmçinin xarici şirkətlər - “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, “Ümid” və s. ilə birgə işlətdiyi yataqlardan sutkalıq təqribən 108 min ton neft və 82 mln. kubmetr qaz hasil olunur”, - hökumətdən qeyd ediblər.

 

Hökumətin məlumatına görə, 2017-cı ildə Azərbaycanda ümumilikdə 38 mln. 688,9 min ton neft (2016-cı illə müqayisədə azalma 3,7%), 28 mlrd. 597,9 mln. kubmetr qaz (azalma 2,6%) hasil olunub. 

 

2017-ci ildə “BP-Azerbaijan” “Şahdəniz” yatağından qaz hasilatını 5% azaldıb

 

2017-ci ildə “BP-Azerbaijan” şirkəti “Şahdəniz” yatağından 10 mlrd. 168,1 mln. kubmetr qaz hasil edib, bu da 2016-cı ilin göstəricisindən 4,8% azdır.  

 

“Ötən il “Şahdəniz” yatağından qaz hasilatı 2016-cı ildə 10 mlrd. 674,8 mln. kubmetrə qarşı 10 mlrd. 168,1 mln. kubmetr təşkil edib”, - hökumətdən qeyd ediblər.

 

Həmçinin hesabat ilində “Şahdəniz” yatağından 2 mln. 355,4 min ton kondensat hasil olunub (azalma 5,5%).

 

“Hasilata başlanandan etibarən “Şahdəniz”dən təqribən 88,5 mlrd. kubmetr qaz və 22 mln. ton kondensat hasil olunub”, - hökumətdən vurğulanıb.

 

Məlumata əsasən, “Şahdəniz” yatağının “Mərhələ-2” çərçivəsində qaz hasilatının başlanması üzrə işlərin 98,8%-i yerinə yetirilib. Qabaqlayıcı qazma proqramı çərçivəsində14 qabaqlayıcı quyu qazılıb.

 

Hazırda “Şahdəniz” yatağının “Mərhələ-1” çərçivəsində qaz hasilatı həyata keçirilir.

 

© “İnterfaks-Azərbaycan”  

30.01.2018 11:40

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ