Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Maliyyə Nazirliyinin istiqrazları yerləşdirilib - NƏTİCƏSİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maliyyə Nazirliyinin istiqrazları yerləşdirilib - NƏTİCƏSİ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

30 yanvar 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106001693 ISIN-li, 15 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

 

Reklam_3_11

Bakı Fond Birjasının yaydığı məlumata görə, hərrac zamanı 9 investor tərəfindən qiyməti intervalı 82.5789 AZN (20.0000%) və 100.2955 AZN (11.8800%) olan 15 sifariş təqdim edilmişdir.

 

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.1834 AZN (14.9000%), orta ölçülmüş qiyməti 97.0084 AZN (13.2406%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 44 811 500,00 yerləşdirilmiş həcmi isə 15 mln manat təşkil edilmişdir.

 

İstiqrazların ödəmə tarixi 26 yanvar 2021-ci il.

 

Hərrac iştirakçıları 31 yanvar 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

30.01.2018 14:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ