AZAL-dan Bakı–Tel-Əviv–Bakı üzrə yeni aksiya
"Azərbaycan Hava Yolları" (AZAL) Bakı–Tel-Əviv–Bakı istiqamətində uçuşlar üzrə yeni aksiya elan edir.
Göstərilən istiqamət üzrə reyslərə 28 fevral 2018-ci il tarixinə kimi aviabilet aldıqda aviabiletin qiyməti 299 avro, əks istiqamətdə isə (Tel-Əviv–Bakı–Tel-Əviv) 299 dollar təşkil edəcək. Aksiya çərçivəsində uçuş tarixləri: 2018-ci il fevralın 3-dən martın 3-dək. Qeyd edək ki, endirimli qiymətə aviabiletlərin sayı məhduddur.
Aviabiletin qiymətinə baqajın (1 yer 23 kq-a kimi), əl yükünün (10 kq-a kimi, 55*40*23 sm ölçülərində) pulsuz daşınması və təyyarə göyərtəsində isti yemək daxildir.
Təl-Əviv İsrailin mədəni və işgüzar mərkəzidir. O, xeyli sayda restoranlar, ticarət mərkəzləri və gecə klublarının yerləşdiyi müasir canlı şəhərdir. Bu şəhər Aralıq Dənizini yuyan öz gözəl qumlu çimərlikləri ilə məşhurdur. Piyada dənizkənarı bulvar ilə bir çox görməli yerlərin yerləşdiyi Yaffa liman şəhərinə gedib çıxmaq olar.
AZAL-ın Bakıdan Tel-Əvivə reysləri həftədə iki dəfə Airbus A319 və A320 sərnişin təyyarələri ilə həyata keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 9 saat əvvəl
-
11 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 11 saat əvvəl
-
12 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
12 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
12 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
13 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 13 saat əvvəl