Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan məhsullarının güzəştli şərtlərlə Avropa bazarlarına daxil olması müzakirə ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan məhsullarının güzəştli şərtlərlə Avropa bazarlarına daxil olması müzakirə ediləcək

İqtisadiyyat naziri Şahin Mustafayev Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

İqtisadiyyat Nazirliyindən "Marja"ya daxil olmuş məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan Respublikasının Prezidentinin son 10 ildə Avropa İttifaqı ölkələrinə 6 rəsmi səfər etdiyini, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin mühüm əhəmiyyətyini vurğulayıb.

 

Bildirilib ki, bu ilin martında Brüsseldə Avropa İttifaqı ilə keçiriləcək görüşlərdə Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı ilə 2017-ci ildə Bakıda keçirilmiş görüşün nəticəsi olaraq müzakirələr davam etdiriləcək, Avropa İttifaqına üzv ölkələrin investisiyalarının Azərbaycana  cəlb edilməsi və Azərbaycan məhsullarının güzəştli şərtlərlə Avropa bazarlarına daxil olması, nəqliyyat və yükdaşıma sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcək, beynəlxalq nəqliyyat layihələri təşviq olunacaq.

 

Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey bildirib ki, artıq Azərbaycan Avropa İttifaqı ilə enerji sektoru ilə yanaşı, nəqliyyat sahəsində də uğurla əməkdaşlıq edir və bu sahədə təqdimatların keçirilməsi Azərbaycanın tranzit potensialının təşviqi, əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir.

 

Görüşdə həmçinin, Avropa İttifaqı-Azərbaycan Sazişi layihəsi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

31.01.2018 11:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ