Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"PAŞA Bank"ın törəməsinə sədr təyin olunub

iç səhifə xəbər başlığı altı (mobil)_31
"PAŞA Bank"ın törəməsinə sədr təyin olunub


"PAŞA Bank Gürcüstan" 01 Fevral 2018-ci il tarixindən Arda Yusif Arkunun İcraçı direktor (CEO) və Direktorlar Şurasının sədri vəzifəsinə təyin olunduğunu elan edib.

 

Reklam_3_11

Hal-hazırda bankın Direktorlarının Şurasının iki üzvü var. Bunlar Qoqo Caparidze və Çingiz Abdullayevdir.


Bundan öncə “PAŞA Bank Gürcüstan”ın İdarə Heyətinin sədri Şahin Məmmədov idi. O, “PAŞA Holdinq” MMC-də Biznesə Dəstək üzrə Direktor və Holdinqin İcraçı Direktorunun müavini vəzifəsində fəaliyyətini davam etdirəcək.

 

 "PAŞA Bank"ASC-dən "Marja"ya daxil olmuş məlumata görə, Arda Arkun 1998-ci ildə ali təhsilini ABŞ-da, "Hamilton" Kollecdə bitirmiş və həmin vaxtdan əmək fəaliyyətinə başlamışdı. Təhsili bitirdikdən sonra 3 il ABŞ-da JP Morgan şirkətində çalışmış və ardınca bir neçə il İngiltərə və Rumıniyada biznesin inkişafı və strategiya üzrə məsləhətçi vəzifələrində işləmişdi. 2010-cu ildən etibarən Arda Azərbaycanda yerləşən müxtəlif şirkətlərdə (AİMROC LTD, B&BTV Communication, Azerfon) İdarə Heyətinin üzvü qismində çalışmışdı. 2017-ci ilin avqust ayından etibarən "PAŞA Holding" MMC-də müşavir qismində fəaliyyət göstərib.

01.02.2018 07:26

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ