Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

İran şirkəti Azərbaycana yenidən avtomobil ixracına başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
İran şirkəti Azərbaycana yenidən avtomobil ixracına başlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Saipa" şirkəti 2017-ci ilin  sonundan  öz məhsullarının  Azərbaycana yenidən ixracatına başlayıb. 

 

İranın Ticarətin İnkişafı Təşkilatının məlumatına görə, bunu İranın Azərbaycandakı ticarət atteşesi Məhəmməd İbrahim Nəqizadə deyib.

 

Onun sözlərinə görə, "Saipa" şirkətinin bundan öncə də Azərbaycana ixracatının olmasına baxmayaraq, iqtisadi böhrana görə ixracat bir müddət dayanıb. “İqtisadi böhranın sona çatması və İran rəsmilərinin Azərbaycanla danışıqlarının nəticəsində "Saipa" avtomobil şirkətinin Azərbaycana məhsullarının ixracatı yenidən başlayıb,” - deyə M.İ. Naqi qeyd edib.

 

M.İ. Naqi bildirib ki, hələlik  Azərbaycana  hər ay ixrac olunacaq avtomobilin sayı müəyyənləşməyib.

 

Qeyd edək ki, İran və Azərbaycan arasında avtomobil istehsalı üzrə birgə müəssisə yaradılıb. Avtomobil istehsalı üzrə birgə müəssisə Azərbaycanın Neftçala rayonunda tikilir.  İranın “Iran Khodro” və Azərbaycanın “Azeurocar” şirkəti birgə "Dena", "Rana", "Soren" və "Samand" markalı avtomobillər istehsal edəcəklər. Birgə müəssisənin illik gücü təxminən 10 000 avtomobil təşkil edəcək.

 

© APA

01.02.2018 09:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ