Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Samuxda unikal pilot layihə fəaliyyətə başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Samuxda unikal pilot layihə fəaliyyətə başlayıb

Samux rayonunun Sərkar kəndində unikal pilot layihə fəaliyyətə başlayıb. 

 

Kənd Təsərrüfatı Nazirliyindən "Marja"ya daxil olmuş məlumata görə, 3 rayonun -  Samux, Şəmkir və Göy-göl rayonlarının fermerlərinin becərdiyi məhsulu emalçı ilə əlaqələndirəcək və hazır məhsulun satıcıya çatdırılmasını təmin edəcək layihə “Meyvə qurusu istehsalı üzrə dəyər zənciri” adlanır.

 

“Dəyər zənciri” Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Olunması üzrə Dövlət Xidmətinin Dünya Bankı ilə birgə icra etdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” Layihəsi çərçivəsində maliyyələşir.

 

"Dəyər zənciri" layihəsi ölkə üçün innovasiyadır. Layihə təkcə fəaliyyətlər və münasibətlərdə yenilik etməklə kifayətlənmir. Eyni zamanda, kənd təsərrüfatı məhsullarının istehsalı və emalında ən innovativ texnologiyalardan  istifadəni nəzərdə tutur. Layihənin əsas məqsədləri dayanıqlı və sağlam fermer təsərrüfatlarının sayını artırmaq, emalçıları yerli xammaldan istifadəyə həvəsləndirmək, rəqabətyönümlü məhsulların istehsalı ilə idxalı əvəzləmək və ixracyönümlü məhsul istehsalını artırmaqdır.

 

Samuxda yaradılacaq müəssisənin nümunəsində demək olar ki, Azərbaycanda ilk dəfə yerli emalçı ölkəmizə xaricdən idxal olunan qara kişmişlə rəqabət aparacaq məhsul istehsal edəcək və onun məhsulu həm idxalı əvəzləyəcək, həm də ixraca yönləndiriləcək.

 

"Dəyər zənciri" layihəsinin üstünlüyü həm də ondan ibarətdir ki, ayrılan qrant bir nəfərə və ya tək emalçıya verilməyəcək – vəsait istehsalçıdan, yəni fermerdən zəncirin son halqasına – məhsulun alıcıya çatdırılmasınadək bütün dəyər zənciri boyu mövcud və yarana biləcək problemlərin aradan qaldırılmasına sərf olunacaqdır",- məlumatda deyilir.

 

Dünya Bankının monitorinq sistemi ödəmə və məsrəflərin tamamilə şəffaflığına nəzarət edəcək.

 

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə razılaşmasına əsasən, 20 belə dəyər zənciri qrant layihəsi həyata keçiriləcəkdir.

01.02.2018 11:39

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ