Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Apple-ın gəliri rekord qırdı, iPhone satışları düşdü

iç səhifə xəbər başlığı altı (mobil)_31
Apple-ın gəliri rekord qırdı, iPhone satışları düşdü

 ABŞ-ın texnologiya nəhəngi Apple, ötən ilin oktyabr-dekabr dövrünə təsadüf edən maliyyə ilinin ilk rübündə gəlirlərinin rekord qırdığını, ancaq iPhone satışlarının gerilədiyini bildirib.

 

Reklam_3_11

"Marja", Apple-dən verilən açıqlamaya istinadən xəbər verir ki, sözügedən dövrdə, bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə gəlirlərin 12,7 faiz artımla 88,29 milyard dollara çatdığı qeyd edilib, bunun şirkət tarixində bir rübdə əldə edilən ən yüksək gəlir olduğu vurğulanıb. Şirkət, 2017 maliyyə ilinin ilk rübündə 78,35 milyard dollar gəlir açıqlamışdı.

 

Bundan başqa, şirkətin oktyabr-dekabr dövründəki xalis mənfəəti, bir əvvəlki ilin eyni dövrünə nisbətən 12,1 faiz artaraq 20,06 milyard dollara yüksəlib. Şirkət əvvəlki ilin eyni dövründə 17,89 milyard dollar xalis mənfəəti əldə etmişdi.

 

Şirkət bu ilin yanvar-mart dövründə mədaxilinin (gəlirinin) 60 milyard dollarla 62 milyard dollar arasında olmasının nəzərdə tutulduğunu bildirib.

 

Açıqlamada fikirlərinə yer verilən Apple-ın İcraçı direktoru Tim Kuk şirkətin ən son ağıllı telefon modeli iPhone X-a tələbin gözləniləndən yüksək olduğunu bildirərək, iPhone X-un noyabr ayında satışa çıxarılmasından bu yana şirkətin ən çox satılan iPhone modeli olduğunu qeyd edib.

 

İPHONE SATIŞLARI AZALIB

 

Apple-ın balansında iPhone satışlarında ildən ilə azalma olması diqqət çəkir.

 

Apple-ın iPhone satışları, 2016-nın oktyabr-dekabr dövründə 78,3 milyon ədəd olarkən, 2017-nin eyni dövründə 1,3 faiz azalma ilə 77,3 milyon ədədə geriləyib.

 

Ancaq, iPhone satışlarından əldə edilən gəlir həmin dövrdə 13,2 faiz artaraq 54,38 milyard dollardan 61,58 milyard dollara qalxıb.

 

Həmin dövrdə, Apple-ın Mac kompüter satışları 5,4 milyondan 5,1 milyona geriləyərkən, iPad planşet satışları isə 13,1 milyondan 13,2 milyon ədədə yüksəlib.

 

Sözügedən dövrdə, şirkətin  AppleCare və ApplePay kimi xidmətlərdən əldə etdiyi gəlir 18 faiz artımla 7,17 milyard dollardan 8,47 milyard dollara çatıb, Apple TV, Apple Watch, Beats məhsulları və iPod touch-dan əldə edilən gəlir də 4,02 milyard dollardan 5,49 milyard dollara yüksələrək 36,5 faiz artım qeyd edib.

 

Nyu-York Birjasının bağlanmasının ardından baş verən məhdud əməliyyatlarda Apple-ın səhminin dəyəri 2,4 faiz artımla 169,38 dollara qədər yüksəlib.

 

 Apple, təxminən 860 milyard dollarla dünyanın ən böyük bazar dəyərinə malik şirkətidir.

02.02.2018 04:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ