"KarnegiKlub" 7 illiyinə həsr olunmuş möhtəşəm aksiya keçirir

 

Artıq 7 ilə yaxındır ki, Azərbaycanda “KarnegiKlub Treninq Mərkəzi” fəaliyyət göstərir. Bu 7 il ərzində, mərkəz, insanların şəxsi inkişafı və biznesə yönəlik müxtəlif təlimlər keçirmişdir.

 

Natiqlik və kommunikasiya; təqdimat və satış bacarıqları; zamanın idarə edilməsi, məqsədlərin düzgün qoyulması və s. mövzularda keçirilən təlimləri 100-dən çox qrup bitirmişdir. Gənclərin inkişafına yönəlik 10-dan çox universitetdə Masterklass təlimlər, həmçinin “ASAN” xidmət, Xarici İşlər Nazirliyi, “Lexus” və “TOYOTA” avtomobil şirkəti, “Caspel” şirkəti, "Access Bank" və sair dövlət və özəl sektora aid idarə, şirkət və təşkilatlarda korporativ treninqlər keçirmişdir.

 

Fevral ayının 25-i KarnegiKlub, 7 illiyinə həsr olunmuş bayram tədbirində də fərdi  inkişafında maraqlı olan şəxslər üçün möhtəşəm aksiya keçirir. Belə ki, mərkəz, insanlara şəxsi həyatlarının müsbət yöndə dəyişməsində əvəzsiz köməyi olan, dövrümüzün ən böyük defisiti - zamanın idarə edilməsində insanlara yardımçı olacaq “Life & Time Management” təlimini, güzəştli qiymətlərlə təqdim edir.

 

25 Fevral tarixində "Pullman" hoteldə KarnegiKlub Treninq mərkəzinin 7 illiyi münasibəti ilə “Life & Time management” treninqi keçiriləcək. Bayram tədbiri ilə əlaqədar treninqin iştirakçıları 200 AZN-lik treninqdən 20 azn-ə yararlana biləcəklər.

 

Keçiriləcək treninq:

-Biznesmenlər

-Sahibkarlar

-Menecerlər

-Satıcıar

-Ofis işçiləri

-HR-mütəxəssisləri

-Həkimlər

-Müəllimlər

-Tələbələr

-Valideynlər və

-Zaman çatışmamazlığı yaşayan hər bir kəs üçün faydalıdır.

 

Bu təlimdə iştirakçılar:

 

Zamana və Həyata baxışını dəyişərək daha harmonik və məqsədli yaşamağı öyrənməklə yanaşı, Zamanı pula çevirib hər an qazanmağı öyrənəcəklər!

 

Treninq, zaman defisiti yaşayan (işlərini çatdırmayan),  məqsədlərini müəyənləşdirə bilməyən hər bir kəsə lazımdır.

 

Təlim iki hissədən ibarət olacaq.

 

1-ci hissə:

 

Zamanı idarə etmək mümkündürmü?

- Zamanın monetarizasiyası

- Proaktiv və Reaktiv

- Strateji və Taktiki time menecment

- Diaqnostika

- "Life" və "time" menecmentin ortaq və fərqli nöqtələri

- Dəyərlərin müəyyənləşdirilməsi

- Bəyan Edilən Dəyərlər Sistemi (BEDS)

- Yaşanan Dəyərlər Sistemi (YDS)

- Real Dəyərlər Sistemi (RDS)

- Gizli Dəyərlər Sistemi( GDS)

- Ümumi Qəbul Olunmuş Dəyərlər Sistemi(ÜQDS)

- Lankeyn üslubu

- Missiya və onun müəyyənləşdirilməsi

- Açar sahələr

- Diaqnostika dairəsi

- Həyati rollar və balans

- Uzun müddətli məqsədlər xəritəsi

 

2-ci hissə

 

ROADMAP

- Məqsədlərin təyin olunması

- SMART

- Konets üslubu

- Xronometraj

- Günün şəkili

- Zaman oğruları və onlarla mübarizə

- Planlaşdırma və buraxılan səhvlər

- Kontekst - kayros planlama

- Gündəliyin düzgün aparılması

- İki və çox ölçülü baxış alətləri

- “Mindmaping” səthi tanışlıq

- Prioritetlər

- Eyzenxauer matritsası

- Pareto prinsipi

- ABS xronometraj

- Motivasiya

- Düzgün istirahət

- Qurbağalar və çəyirtkələr

- Fillər və Öküzlər

- Holland pendiri üslubu

- Ölüm xətti

- Kökə və qamçı üslubu

- Necə dincələk

- Məhdud xaos prinsipi

 

Təlimçi haqqında:

 

Dr. Nəcəf Allahverdiyev, "KarnegiKlub"un rəhbəri

-"Moskva Ritorika və Natiqlik Bacarığı Universiteti"nin aparıcı təlimçisi,

-“Beynəlxalq Trenerlər Assosasiyası”nın üzvü

-2012-ci il Moskvada keçirilən “Beynəlxalq oratorlar çempionatı”nın Mükafatçısı.

-Biznestrener və Couch.

-“Xarizmatik Natiq” ;

-”Effektiv Satış”;

-“Mind Map (Beyin Xəritəsi)”;

-"İdeyaların Generatoru";

-“Time Management”;

-”Psixoloji Aykido”;

-“Tibbi Marketinq”;

-“Dental Marketinq” treninqlərinin təlimçisi

-1992-ci ildə Azərbaycan Tibb Universitetini bitirib.

-1993-cü ildən tibbi fəaliyyətlə məşğuldur.

-2000 ildən bu günə kimi şəxsi klinikanın baş həkimidir.

 

1999-cu ildən "Bilik” Cəmiyyətində müəllim fəaliyyətinə başlayıb. Psixologiya və özünü dərk etmənin müxtəlif aspektləri üzrə dərs deyib. Elə o dövrdən “İdealar Generatoru” təlimini tədris etməyə başlayıb.

 

2001-ci ildə PR üzrə kurs bitirmişdir.

 

2006 ildə PhD (psixoterapiya ixtisası) üzrə Xəzər universitetinə daxil olub. Eyni zamanda universitetin "Tibbi biliklər" kafedrasında müəllim fəaliyyətinə başlayıb.

 

2007 – 2008-ci illər Bakıxanov adına sarayın nəznində Qızlar Gimnaziyasında dərs deyib.

 

2010-cu ildə "Moskva Ritorika və Natiqlik Bacarığı Universiteti"ni bitirib, müstəqil trener statusunu alıb. Həmin ildən Beynəlxalq trenerlər assosasiyasının üzvüdür.

 

2012-ci ildə Moskva şəhərində "Moskva Ritorika və Natiqlik Bacarığı Universiteti”ndə ixtisasını təkminləşdirib və eyni zamanda “Beynəlxalq Oratorlar Çempionatının” Gümüş mükafatını əldə etmişdir.

 

2012-ci ildə "TrenerPROFFİ" Biznes treninq mərkəzində "Satış Treninqi" üzrə Trenerlər treninqini bitirmişdir.

 

2013-cü ildə Türkiyədə “Dental Marketinq”, “Pazarlama” və “Zaman Bölgüsü” treninqlərini bitirmişdir.

 

2013-cü ildə “Brian Tracy İnternational” tərəfindən “Maksimum Nailiyyət” biznes seminarını bitirmişdir.

 

2011-ci ildən Bakı şəhərində “KarnegiKlub” Treninq Mərkəzinin təsisçisi və rəhbəridir.

 

2015-ci ildə Moskva ş. Biznesin İnkişafı Universitetində NlP təlimlərini və Sinergiya universitetində “Taym menejment” təlimini biitirmişdir.

 

2016- cı ildə ABŞ Liderşip Universitetinin proqramı ilə Kouç ixtisasına yiyələnmişdir.

 

100-dən çox qrupda 5000 nəfərədək tələbəyə dərs deyib.

 

Türkiyə (Ankara) və Ukraynada (Kiyev) təlimlər vermişdir.

 

İtaliyada, Almaniyada, Rusiyada, Türkiyədə, ABŞ-da müxtəlif seminarlarda iştirak edib.

 

Biletlər standart və Premium formatında təklif edilir.

 

"STANDART" paket - 20 azn

 

Qiymətə daxildir:

- treninqdə iştirak

- tort-breyk

- sertifikat

- "İmtahan həyəcanına yox" kitabı

- KarnegiKlub Treninq Mərkəzinin treninqlərindən, bir il ərzində 5%-lik endirimlə yararlanmaq imkanı

 

"PREMİUM" paket - 50 azn

 

Qiymətə daxildir:

- treninqdə iştirak

- tort-break

- sertifikat

- Dr. Nəcəf Allahverdiyevlə - bir seans kouç sessiya

- "İmtahan həyəcanına yox" kitabı

- KarnegiKlub Treninq Mərkəzinin treninqlərindən, bir il ərzində 20%-lik endirimlə yararlanmaq imkanı

 

Tədbir saat 09:00-dan 15:00-a qədər davam edəcək.

 

Biletlər artıq satışdadır.

 

Bilet əldə etmək istəyən dostlar (055) 444-14-00 nömrəsi ilə əlaqə saxlaya, facebook səhifəmizə yaza( https://www.facebook.com/KarnegiKlub/ ) və ya KarnegiKlub Treninq Mərkəzinə müraciət edə bilərlər.

 

Online qeydiyyat: https://docs.google.com/forms/d/e/1FAIpQLSdnuGGfepb0PqPWWRVPD6knZhqdZh1KG8BPhJDnm_EMMi2Mwg/viewform

 

Biletlərin çatdırılması pulsuzdur*

 

Qeyd*

 

Tədbir günü standart paket biletlərin qiyməti 40 AZN olacaq!

 

Təlimin media tərəfdaşları: day.az; milli.az; lent.az; trend.az; marja.az; fins.az; biznesmen.az

2 Fevral 2018 , 10:20   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin