Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bu yay Xəzərlə başqa ölkələrə səyahət etmək mümkün olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu yay Xəzərlə başqa ölkələrə səyahət etmək mümkün olacaq

"Düşünürəm ki, yay mövsümündə həm Azərbaycan vətəndaşlarını, həm də xarici qonaqları Xəzər dənizində maraqlı gəzintilər gözləyir".

 

Reklam_3_11

Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə deyib.

 

Onun sözlərinə görə, Xəzər dənizində kruizlərin təşkili üçün Rusiya tərəfindən gəmilər hazırlanır:

 

"Artıq bununla bağlı bir neçə layihə müzakirə olundu. Kruizlərin təşkili olunacağı vaxt yaya doğru təyin olunacaq".

 

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən il imzaladağı “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncama əsasən, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti Xəzər dənizində gəmi turlarının təşkili məqsədi ilə Xəzər dənizinin sahilyanı dövlətləri ilə danışıqlar aparması tapşırılmışdı.

 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (AXDG) QSC ilə “Moskva Çay Gəmiçiliyi” ASC arasında Xəzər dənizində PV300VD layihəli “Pyotr Velikiy” adlı sərnişin gəmisini istismar etməklə dəniz turlarının təşkili haqqında memorandum imzalanıb. D əniz səyahətlərinin təşkili Azərbaycana gələn turistlərin sayının daha da artmasına və ölkədə turizmin inkişafına müsbət təsir göstərəcək.


Kruiz layneri vasitəsilə sərnişinlər Qara dənizə, Rusiyanın liman şəhərlərinə, Xəzəryanı ölkələrə səyahət edə biləcəklər. Burada fitnes zalı, hovuz, restoranlar, kinoteatr zalları və digər istirahət otaqları olacaq.

 

Gəminin texniki göstəriciləri ona Xəzərdə mövcud limanlara yan almağa imkan verəcək. Uzunluğu 141 metr, eni 16,82 metr olan gəmidə turistlərə 90 nəfərlik heyət xidmət göstərəcək.

 

Bu layihə ilə təkcə Xəzəryanı ölkələrdən deyil, ABŞ, Avstraliya, Avropa və Çindən olan turistləri də cəlb etmək mümkün olacaq.

 

© Trend

02.02.2018 09:22

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ