Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

AZAL-ın Prezidenti Hindistanın səfiri ilə sərnişin və yük aviadaşımalarnı müzakirə edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
AZAL-ın Prezidenti Hindistanın səfiri ilə sərnişin və yük aviadaşımalarnı müzakirə edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakıda Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana və “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Prezidenti Cahangir Əsgərovun görüşü keçirilib.

 

Səfir görüşdə Azərbaycan və Hindistan arasında siyasi, iqtisadi və sosial sahələrdə münasibətlərin inkişafından məmnunluğunu bildirib.

 

S.Rananın sözlərinə görə, mülki aviasiyası iki ölkənin iqtisadi və mədəni əlaqələrinin inkişafında mühüm rol oynayır. Diplomat həmçinin Hindistan və Azərbaycanın turizm potensialının böyük perspektivlərini qeyd edib.

 

Səfir vurğulayıb ki, Azərbaycan Hindistanın sahibkarları üçün də böyük maraq kəsb edir. Bununla əlaqədar olaraq, Hindistanın iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.

 

Öz növbəsində, C.Əsgərov Azərbaycanın son illərdə mülki aviasiya sahəsində əldə etdiyi böyük uğurlardan danışaraq, 2017-ci ilin yekunlarına əsasən Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin axınının rekord səviyyədə artdığını qeyd edib.

 

AZAL-ın donanmasında müasir hava gəmilərinin olduğunu vurğulayan C.Əsgərov bildirib ki, bu il aviaşirkətin təyyarə parkına ən yeni “Boeing 737 MAX” təyyarələri əlavə olunacaq ki, bu da uçuş coğrafiyasını daha da genişləndirməyə imkan verəcək.

 

C.Əsgərovun sözlərinə görə, Azərbaycanın daha çox tələb olunan istiqamətlərə reyslər yerinə yetirən ilk loukosteri “Buta Airways” aviaşirkəti ötən ilin sentyabr ayından etibarən uçuşlara başlayıb. Bu il aviaşirkətin hava gəmiləri parkına yeni “Embraer 190” təyyarələrinin əlavə olunacağı gözlənilir.

 

AZAL QSC-nin Prezidenti qeyd edib ki, hazırda “Silk Way Airlines” yük aviaşirkəti 60-dan çox ölkəyə uçuşlar yerinə yetirərək, Heydər Əliyev Beynəlxalq Aeroportunu yük habına çevirib.

 

Görüşün yekunlarına əsasən sərnişin və yük aviadaşımaları, həmçinin logistika sahəsində münasibətlərin gələcək inkişafında tərəflərin qarşılıqlı marağı qeyd olunub.

02.02.2018 13:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ