Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Neft şirkətlərinin gəlirləri artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft şirkətlərinin gəlirləri artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ExxonMobil-dən verilən məlumata görə, şirkətin ötən ilin dördüncü rübündəki gəliri, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 18 faiz artaraq 66,52 milyard dollara yüksəlib. Şirkət, 2016-cı ilin dördüncü rübündə 56,4 milyard dollar gəlir əldə etmişdi.
 

"Marja" xəbər verir ki, Şirkətin 2016-cı ilin oktyabr-dekabr dövründə xalis mənfəəti 1,68 milyard dollar ikən, 2017-nin eyni dövründə bu məbləğ 8,38 milyard dollar təşkil edib.
 

Şirkətin bir səhmə mənfəəti sözügedən dövrdə 0,41 dollardan 1,97 dollara qalxıb.
 

Açıqlamada fikirlərinə yer verilən ExxonMobil-in İcraçı Direktoru Darren W. Woods, şirkətin gələcək 5 ildə ABŞ-da 50 milyard dolların üzərində investisiya qoyacağını bildirib.
 
ExxonMobil-in müsbət balansına baxmayaraq, Nyu York Birjasında əməliyyat görən səhmlərində bu gün 6 faiz azalma qeydə alınaraq 83,72 dollara qədər geriləyib.
 

 -Chevron
 

Chevron-dan verilən məlumata görə, şirkətin ötən ilin dördüncü rübündəki gəliri, bir əvvəlki ilin eyni dövrünə nisbətən 19,4 faiz artaraq 37,62 milyard dollara yüksəlib. Şirkət, 2016-nın dördüncü rübündə 31,5 milyard dollar gəlir əldə etmişdi.
 

Şirkətin 2016-nın oktyabr-dekabr dövründə xalis mənfəəti 415 milyon dollar olarkən, 2017-nin eyni dövründə qazancı 3,1 milyard dollar təşkil edib.
 

Şirkətin bir səhmə mənfəəti sözügedən dövrdə 0,22 dollardan 1,64 dollara çatıb.
 

Açıqlamada fikirlərinə yer verilən Chevron-un İcraçı direktoru Maykl Wirth, şirkətin investisiyaları və xərclərini azaldaraq ötən ilin dördüncü rübündə nağd pul axını təmin olunduğunu vurğulayıb.

03.02.2018 08:55

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ