Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Növbədənkənar seçkilərinin elan edilməsi haqqında" Sərəncam imzalayıb.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, Sərəncam ilə, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilib.

 

"Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin",- Sərəncamda deyilir.

 

Prezident seçkiləri 2018-ci ilin oktyabr ayının 17-sində keçiriləcəkdi.

 

11 APREL QEYRİ-İŞ GÜNÜDÜR

 

Azərbaycanda bu ilin aprel ayının 11-i növbədənkənar Prezident seçkilərinin keçirilməsi ilə bağlı ölkədə qeyri-iş günü olacaq.

 

Həmin gün həftənin çərşənbə gününə təsadüf edir.

 

Xatırladaq ki, Əmək Məcəlləsinin 105-1-ci (Səsvermə günü) maddəsinə əsasən, səsvermə olan ərazidə iş günü hesab edilmir. 

 

16:42

 

Növbədənkənar seçkilərin təyin olunmasının səbəbi açıqlandı - RƏSMİ

 

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamını şərh edib.

 

Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq 2018-ci il prezident seçkilərinin payızda - oktyabrın 17-də keçirilməsi nəzərdə tutulmuşdu. 

 

Əli Həsənov bildirib ki, bu il may ayından başlayaraq ölkəmizdə çoxlu sayda mühüm yerli və beynəlxalq səviyyəli tədbirlər keçiriləcəkdir. Onların sırasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi çərçivəsində sislsilə tədbirləri, Beynəlxalq Humanitar Forumu və digərlərini qeyd etmək olar. Həmin tədbirlərin əksəriyyəti ilin sonuna təsadüf edir və seçkilərlə üst-üstə düşür.

 

Digər tərəfdən, Azərbaycanda mövcud olan praktikaya əsasən, bütün seçkilər payız aylarında keçirilir. Bu mənada, dünyada mövcud olan təcrübəni nəzərə almaqla, müxtəlif səviyyəli seçkilərin ilin ayrı-ayrı fəsillərində, o cümlədən də əvvəlində keçirilməsi daha məqsədəuyğundur.

 

Həmçinin, Azərbaycan Prezidentinin 7 il müddətinə seçilməsi prezident səlahiyyətlərinin yerinə yetirilməsinə təsərrüfat ilinin əvvəlindən başlamasını təmin edir. Bu da sosial və iqtisadi sahədə qarşıda duran vəzifələrin daha effektli icrasına əlavə imkan yaradır.

 

"Azərbaycanda hər 5 ilin 3 ili seçkilərlə bağlı olduğundan Konstitusiyanın 101-ci maddəsinə dəyişiklik edildi və dövlət başçısının səlahiyyət müddəti 5 ildən 7 ilə uzadıldı. Prezidentin səlahiyyət müddəti 7 il müddətinə uzadıldığına görə, Azərbaycan Respublikası Prezidentinin seçicilərə etimad votumu üçün müraciət imkanı – növbədənkənar prezident seçkilərini elan etmək hüququ verilib. Buna görə də “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncamda nəzərdə tutulmuş məsələlər Konstitusiyanın və ölkə qanunvericiliyinin tələblərinə tam uyğundur",- Əli Həsənov deyib.

05.02.2018 08:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ