Növbədənkənar seçkilər qərarına - İLK MÜNASİBƏTLƏR
“Bu il seçki ilidir. Onun apreldə, yaxud oktyabr ayında keçirilməsinin elə bir əhəmiyyəti yoxdur. Əksinə, seçkini vaxtından əvvəl keçirməklə Azərbaycanda seçkidə iştirak etmək istəyən bütün qüvvələrə seçkiyə hazırlıq platformasını tətbiq etmək üçün şərait yaradılır”.
Bunu açıqlamasında YAP-çı deputat Aydın Mirzəzadə Azərbaycanda növbədənkənar prezident seçkilərinin təyin edilməsindən danışarkən deyib. O qeyd edib ki, 2018- ci il Azərbaycanda şanlı bir yubileydir:
“Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunacaq. İl ərzində bununla bağlı çoxsaylı yüksək səviyyədə dövlət tədbirləri keçiriləcək. Prezident seçkilərinin yubileyə qədər keçirilməsi yeni prezidentin səlahiyyəti müddətində baş tutacaq. Bu yeni yüzilliyə yeni proqramla, baxışlarla Azərbaycanın güclənməsi üçün böyük planlarla qədəm qoymasına şərait yaradacaq”.
Deputat Fazil Mustafa isə qeyd edib ki, prezidentin son referendumda edilən dəyişikliyə görə növbədənkənar seçki təyin etmək səlahiyyəti var: “Yəqin ki, seçkinin növbədənkənar təyin edilməsinin izahı olacaq. Bildiyiniz kimi, artıq prezidentlik müddəti 7 ildir.
Bundan öncə də belə təkliflər var idi ki, 2025- ci ildə keçiriləcək parlament seçkiləri ilə prezident seçkiləri üst-üstə düşməsin deyə vaxtının dəyişilməsi nəzərdə tutulurdu. Ola bilsin ki, gələcəkdə bu məqsədə görə belə bir vaxt təyin olunub”.
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
4 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
4 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
15 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 16 saat əvvəl