Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Torpağın kipliyi nə üçün ölçülür?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Torpağın kipliyi nə üçün ölçülür?

Əkinlərinizdə qidalandırıcı maddə çatışmazlığının işarələri var, amma siz onların dibinə gübrə səpsəniz də, heç bir dəyişiklik yoxdur? O halda, bunun gözə görünməyən səbəbi var – torpağın kiplənməsi. Torpağın kiplənməsinin bir çox səbəbi ola bilər və onun əkin üzərindəki təsirini bəzən anlamaq çətin olur.

 

Reklam_3_11

Torpağın səthinə həddən artıq təzyiqin düşməsi torpağı presləyir, vacib hava qovuqlarını yox edir və torpaq kütləsinin sıxlığını (həcmə düşən kütlə) artırır. Torpaq güclü yağışlara, mal-qaranın tapdağından və ən çox da kənd təsərrüfatı maşınlarının hərəkətindən kipləşə bilər. Torpaq nəm olanda təzyiq altında kipləşir. Yazda əkin işləri xüsusi diqqətlə, torpağın kifayət qədər quru olduğu və ağır texnikanın kiplənməyə səbəb olmayacağı dövrdə aparılmalıdır.

 

Torpaqdakı məsamələr azalanda köklərin bərk torpağı deşib su axtarmağı çox çətinləşir və nəticədə, kök strukturu zəif və ya dayaz olur. Kökün məhdud inkişafı bitkinin inkişafı və məhsuldarlığına birbaşa təsir edir. Bunun simptomları qidalandırıcı maddə çatışmazlığına oxşasa da, faktiki səbəb qidalandırıcı maddələrin hərəkətinə mane olan torpağın kipləşdirilməsidir. Kipləşmiş torpaqda bitkinin köklərinin su tapmağı çətinləşməsi ilə yanaşı suyun da bu cür torpaqda hərəkəti çətinləşir. Yağış və verilən su kipləşmiş torpağa nüfuz edə bilmir, torpaq üstündə gölməçə yaradır, kənarlara axır və ya aşınmaya səbəb olur. Torpaqda hava qovuqları az olanda su hər bir yarığı doldurur və oksigen çatışmazlığı yaradır.

 

Torpaq kipləşməsi uzun müddət nəzərə çarpmazsa, hər il daimi problemə çevrilə bilər. Torpağın kipliyi ölçüldükdən sonra tarladakı preslənməni yüngülləşdirmək üçün yerindəcə qərarlar verilə və uzun müddətli strategiyalar hazırlana bilər ki, bunlar da uzunmüddətli dövrdə məhsuldarlığın artmasına gətirib çıxaracaqdır.

 

Məqalə "Sminagro" şirkətinin mütəxəssisləri tərəfindən hazırlanıb. 

06.02.2018 09:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ