Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-da çöküş qorxusu - Dou Consda tarixinin ən böyük tənəzzülü baş verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da çöküş qorxusu - Dou Consda tarixinin ən böyük tənəzzülü baş verdi

ABŞ şirkətlərinin səhmləri həftənin ilk iş günündə kəskin ucuzlaşıb, indekslər son 6.5 ilin ən böyük tənəzzülünü yaşayıb. Dou Cons tarixinin ən böyük tənəzzülünü həyata keçirib



Açılış qonqundan əvvəl belə, Bazar ertəsi günü ABŞ səhmlər bazarı üçün pis bir gün kimi görünürdü. Ancaq bədbin olanlar belə, Dou Cons İndeksində ( Dow Jones) 15 dəqiqə ərzində 1600 bənd olmaqla tarixinin ən böyük tənəzzülünü gözləmirdi.

 
"Marja" Bloomberg-ə istinadən xəbər verir ki, investor inamını sarsıdan ötən Cümə günkü 666 bəndlik tənəzzül və Bazar ertəsi günkü kəskin azalma, investorları bu çətin prosesin bitib-bitməyəcəyini düşünməyə yönəldib. İki gün ardıcıl baş verən bu azalma ilə yanaşı, Yanvar ayında indeksin 5.8%-lik qazancın böyük hissəsi geri verilib.
 

"Kingsview Asset Management"in portfel meneceri Dow Jones, "Əyani bir narahatlıq var. Bazardan çıxmalıyıq?  Bu məqamda nə edəcəyik? Çöküş ola biləcəyi qorxusu var. Bariz bir şəkildə, bazar və investorlar bu ilin əvvəlindəki qazancını geri verdi. İnvestorlar qazanclarının hamısından imtina etmək istəməzlər" şəklində bildirib.
 

Dou Cons İndeksinin Bazar Ertəsi günkü 1175 bənd ya da 4.6%-lik tənəzzülünün böyüklüyünə baxmayaraq, çox az treyder təşvişə düşüb.  

 

Daha çox bu azalma hərəkəti, güclü iqtisadiyyatın inflyasiyanı artıracağı və bununda faizlərin gözləniləndən daha sürətlə artırılmasına səbəb olacağına dair artan narahatlığı əks etdirir.
 

"Ladenburg Thalmann Asset Management"in İcraçı direktoru Filip Blancato, "Yanvar ayında çox sürətli və çox irəli getmişdik və bunun kimi bir hərəkət çox pis bir şey deyil. Bazar ertəsi günü, satışların böyük qisminin texniki göstəricilərə əsaslandığı proqram əməliyyatlarından yaranan klassik bir riskdən qaçma günü idi. Qərarsızların bəziləri bazardan çıxdı. Bazarda məntiqsiz bir həyəcan vardı" şəklində bildirib.

06.02.2018 04:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ