Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

İyunda işə düşəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
İyunda işə düşəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunan "SOCAR Polymer"in polipropilen istehsalı qurğusu bu ilin II rübündə, iyun ayında istehsala başlayacaq.

 

Bunu "SOCAR Polymer" MMC-nin planlama şöbəsinin müdiri Vüqar Aslanov bildirib.

 

Onun sözlərinə görə, sınaq-sazlama işlərinə aprel ayında başlanacaq: "Hazırda polipropilen qurğusu üzrə ümumi işlərin 97,2%-i icra olunub. Detallı mühəndislik işləri 99,9%, satınalma işləri 100%, istehsalat və çatdırılma 99,6%, tikinti işləri 93,4% tamamlanıb".

 

V.Aslanov qeyd edib ki, oktyabr ayından noyabrın 15-dək zavodda planlı dayanma olacaq: "Buna səbəb müəssisəni xammala təmin edəcək "Azərikimya"nın Etilen-Propilen Zavodunda planlı dayanma işlərinin həyata keçirilməsidir".

 

"SOCAR Polymer" rəsmisinin sözlərinə görə, bu il Polipropilen Zavodunda 70-71 min ton polipripilen istehsalı nəzərdə tutulur. O həmçinin əlavə edib ki, gələn il isə zavod tam istehsal gücündə çalışacaq və 180 min ton məhsul istehsal olunacaq.

 

© Report

06.02.2018 09:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ