Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycandan Rusiyaya "Gülüstan" ixrac ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandan Rusiyaya "Gülüstan" ixrac ediləcək

Azərbaycanın "Tac" şirkəti Rusiya bazarına "Gülüstan" limonadı və mineral suları ixrac edəcək.

 

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən "Prodexpo 2018" Beynəlxalq Ərzaq Sərgisində Azərbaycanın "Made in Azerbaijan" vahid ölkə stendi və burada nümayiş olunan məhsullar ziyarətçilər və tədbirdə iştirak edən xarici şirkətlər tərəfindən maraqla qarşılanır.

 

Sərginin açılışında iştirakçı ölkələrin nümayəndə heyətləri, həmçinin Rusiyanın kənd təsərrüfatı nazirinin müavini Yevgeni Qromıko Azərbaycan pavilyonunu ziyarət edib, məhsullarımızın keyfiyyəti, ixrac potensialı ilə maraqlanıblar.

 

Sərginin ilk günündə Azərbaycanın "Tac" şirkəti Rusiya bazarına "Gülüstan" limonadı və mineral sularının ixracına dair müqavilə imzalayıb. Bundan başqa, Azərbaycan şirkətlərinin istehsal etdiyi şərab, qurudulmuş xurma, günəbaxan yağı, sərinləşdirici içkilər və s. məhsulların sərgidə iştirak edən Çin, Qazaxıstan, İsrail, Tayvan və Səudiyyə Ərəbistanına ixracına dair danışıqlar aparılır.

 

Qeyd edək ki, fevralın 9-dək davam edəcək "Prodexpo" Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan ilk dəfə olaraq qida və içkilər pavilyonlarında "Made in Azerbaijan" vahid ölkə stendləri ilə təmsil olunur.

 

Pavilyonlarda Azərbaycanın 27 şirkətinin istehsal etdiyi meyvə şirələri, müxtəlif növ şərabları, təbii mineral suları, fındıq, qənnadı məmulatları, çay, quru meyvə və s. məhsulları nümayiş olunur.

 

Vahid ölkə stendinin təşkili xərcləri dövlət büdcəsi hesabına ödənilir.

 

© Azərtac

 

06.02.2018 13:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ