Bakıda zavodda partlayış - YENİLƏNİB
Müdafiə Sənayesi Nazirliyi “Radioquraşdırma” zavodunda yanğınla bağlı məlumat yayıb.
Nazirliyin saytında dərc olunan məlumata əsasən, bu gün saat 19:17 radələrində “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodunun əsas istehsalat binalarından kənarda yerləşən 120 kvadratmetrlik yardımçı təsərrüfat sahəsində naməlum səbəblərdən yanğın hadisəsi baş verib.
Hadisə zamanı xəsarət alan olmayıb.
Məlumat üçün bildirilir ki, yardımçı sahədə elektrik enerjisi və qazdan istifadə olunmur.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
XXX
Bakıda "Radioquraşdırma" zavodu ərazisində baş verən partlayış nəticəsində ölən və xəsarət alan olmayıb.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
XXX
Fövqəladə Hallar Nazirliyi Bakıda "Radioquraşdırma" zavodu ərazisində partlayışla bağlı məlumat yayıb. "Marja"nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, bu gün saat 19:17 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində Müdаfiə Sənаyеsi Nаzirliyinə aid müəsisissələrdən birinin ərazisində partlayışla nəticələnən yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub. İlkin məlumata görə, hadisə ümumi sahəsi, təqribən 250 m2 olan pirotexniki məhsulların saxlandığı anbarda baş verib. Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın bölmələri hadisə yerinə saat 19:20-də çatıb. Yanğın saat 20:08 dəqiqədə söndürülüb. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb. Ətraf ərazilərə təhlükə yoxdur.
Əlavə məlumat veriləcək.
XXX
Partlayış nəticəsində baş vermiş yanğın artıq lokallaşdırılıb.
XXX
Bakının Xətai rayonunda Müdafiə Sənayesi Nazirliyinin "Radioquraşdırma" zavodunda (Radiozavod) güclü partlayış baş verdiyi bildirilir.
Bu barədə "Marja"ya zavodun yaxınlığında yaşayan sakinlər bildiriblər: "Partlayış zamanı bina silkələndi".
"Bravo" supermarketində alış-veriş edən insanlar təşvişə düşüərək çölə çıxıblar.
Hazırda zavod ərazisində yanğın mövcuddur. Yanğının söndürülməsinə yanğınsöndürənlər cəlb olunub.
Əraziyə 17 yanğınsöndürən maşın, xeyli sayda təcili tibbi yardım briqadası, polis əməkdaşları cəlb olunub.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerindədir.
Ölən və ya yaralananların olduğu barədə məlumat yoxdur.
İnsanlar əraziyə yaxın buraxılmır.
Partlayışın səbəbi bilinmir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 9 saat əvvəl
-
12 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 12 saat əvvəl
-
12 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
12 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
13 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
14 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 14 saat əvvəl