Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Avstraliya şirkəti Azərbaycanın iri layihəsi üzrə sifariş aldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avstraliya şirkəti Azərbaycanın iri layihəsi üzrə sifariş aldı

Avstraliyanın “Benthic” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokundakı “Mərkəzi-Şərqi Azəri” hasilat, qazma və yaşayış platforması üzrə müqavilə imzalayıb.

 

Reklam_3_11

 “Benthic”in yaydığı məlumata görə, müqaviləyə əsasən şirkət yeni platforma ərazisində geotexniki tədqiqat işləri aparacaq. Tədqiqatlar cari ilin ilk rübündə “Topaz Caspian Supporter” gəmisi ilə yerinə yetiriləcək.

 

Qeyd edək ki, “Azəri-Çıraq-Günəşli” Xəzərin Azərbaycan sektorundakı ən iri neft yatağıdır. İşlənmənin əvvəlindən bu il yanvarın 1-dək “Azəri-Çıraq-Günəşli”dən 445,4 milyon ton neft və 140,5 milyard kubmetr təbii qaz hasil olunub. Azərbaycan cari ilin əvvəlinədək AÇG-dən 250,7 milyon ton mənfəət nefti əldə edib. Bu da dünya bazarında realizə olunmuş bütün mənfəət neftinin 55 faizini təşkil edir.

 

Cari ildə AÇG neft-qaz yataqları blokundan xam neft hasilatının həcminin 204,4 milyon barrel, yəni 28 milyon ton olacağı proqnozlaşdırılır. 2050-ci ilədək isə “Azəri-Çıraq-Günəşli”dən daha 500 milyon tona qədər neftin hasil olunması nəzərdə tutulur. Bu vaxta qədər AÇG-yə təxminən 43 milyard dollar sərmayə qoyulub və bundan sonra da bir o qədər sərmayə qoyulacaq.

 

Xatırladaq ki, ötən il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş Sazişi imzalayıblar. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən oktyabrın 31-də ratifikasiya olunub.

 

AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdədir: BP - 30,37 faiz, “AzAÇG” (SOCAR) - 25 faiz, “Chevron”- 9,57 faiz, “Inpex” - 9,31 faiz, “Statoil” - 7,27 faiz, “ExxonMobil” - 6,79 faiz, “TPAO” - 5,73 faiz, “Itochu” - 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) - 2,31 faiz.

 

Yeni sazişdən əvvəl AÇG-də iştirak payları belə olub: BP (operator – 35,8 faiz), SOCAR (11,6 faiz), “Chevron” (11,3 faiz), “Inpex” (11 faiz), “Statoil” (8,6 faiz), “ExxonMobil” (8 faiz), “TPAO” (6,8 faiz), “Itochu” (4,3 faiz), “ONGC Videsh Ltd.” (OVL) (2,7 faiz).

 

Yenilənmiş saziş çərçivəsində ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək, SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək, Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz olacaq. Həmçinin SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılıb.

 

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

 

© Azərtac

08.02.2018 10:16

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ