Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Aqropark 415 hektar meyvə bağı salacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Aqropark 415 hektar meyvə bağı salacaq

Qax rayonunda da aqroparkların yaradılması istiqamətində işlər görülür.

 

“Ulu-Aqro” MMC-nin icraçı direktoru Məhərrəm Məhərrəmov müsahibəsində aqroparkın infrastrukturunun tikintisi istiqamətində görülən işlər, həmçinin ötən təsərrüfat ilində bitkiçilik məhsulları istehsalında əldə olunan nəticələr barədə söhbət açıb.

 

Müsahibimiz bildirib ki, rayonun Ağyazı kəndinin ərazisində yaradılan aqroparkın ümumi sahəsi 2044 hektardır. Dənli və paxlalı bitkilərin əkini üzrə ixtisaslaşan aqroparkda, eyni zamanda, bağçılıq və kənd təsərrüfatının digər sahələrinin inkişafı da nəzərdə tutulur. Hazırda aqroparkın ərazisində taxıl anbarlarının, texnika parkının, yanacaqdoldurma məntəqəsinin, həmçinin infrastrukturun tikintisi başa çatmaq üzrədir. Ərazinin suvarma suyu ilə təmin olunması məqsədilə 4,5 kilometr uzunluğunda daşıyıcı su xətti çəkilib. Aqroparkın Daşüz adlanan ərazisində 15 ədəd dairəvi suvarma sistemi quraşdırılıb. Habelə 23 ədəd müxtəlif növ kənd təsərrüfatı texnikası alınıb.

 

Aqroparkda 277 hektarda badam və qoz, 138 hektarda isə alma, armud, şaftalı və ərik bağlarının salınması planlaşdırılır. Ərazi hazır vəziyyətə gətirilib və indiyədək 50 min tingin əkilməsi təmin olunub. Hazırda yeni salınacaq meyvə bağları üçün damcılı suvarma sistemi quraşdırılır.

 

Məhərrəm Məhərrəmov deyib ki, ötən il aqroparkın ərazisində əkilmiş 244 hektar buğda sahəsindən 922 ton, 43 hektar günəbaxan sahəsindən 82 ton, 33 hektar qarğıdalı sahəsindən 132 ton, 50 hektar soya sahəsindən isə 71,7 ton məhsul əldə olunub. 2018-ci ilin məhsulu üçün payızlıqların əkini genişləndirilərək 1553 hektara çatdırılıb. Ötən il buğda sahəsinin hər hektarından 38 sentner məhsul götürülüb. Cari ildə isə məhsuldarlığın 50 sentnerə çatdırılması qarşıya hədəf olaraq qoyulub.

 

© Azərtac

09.02.2018 04:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ