Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan neft pullarını Dollarda yerləşdirməyə üstünlük verir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan neft pullarını Dollarda yerləşdirməyə üstünlük verir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) əvvəl olduğu kimi, aktivlərin əsas hissəsini ABŞ dolları ilə yerləşdirməyə üstünlük verir. "Marja" xəbər verir ki, bu barədə fonddan məlumat verilib.

 

“31 dekabr 2017-ci il tarixinə fondun aktivləri 35 mlrd. 806,5 mln. dollar təşkil edib, bunun 6,7 mln. dolları manat, qalanı digər valyuta ilə yerləşdirilib”, - fondun məlumatında qeyd olunur.

 

31 dekabr 2017-ci il tarixinə fondun investisiya portfeli 35 mlrd. 799,9 mln. dollara bərabər olub.

 

Fondun investisiya portfeli strukturunda -16 mlrd. 868,3 mln. dollar və ya 47,1%-i ABŞ dolları (2016-cı ilin yekunları üzrə 49,2%), 35,7%-i avro (2016-cı ilin sonuna 34,3%), 5,1%-i funt sterlinq (2016-cı ilin sonuna 4,8%), 0,7%-i Avstraliya dolları (2016-cı ilin sonuna 0,6%), 1%-i türk lirəsi (2016-cı ilin sonuna 1,1%), 1,1%-i Rusiya rublu (2016-cı ilin sonuna 1,6%), 1,3%-i Cənubi Koreya vonu (2016-cı ilin sonuna 1,2%), 1,4%-i Çin yuanı, 1,5%-i yapon iyenası (2016-cı ilin sonuna 1,1%), 1,6%-i digər valyutalarda (2016-cı ilin sonuna 1,3%) olan alətlərə, 3,5%-i qızıla (2016-cı ilin sonuna 3,4%) yerləşdirilib.

 

Fondun məlumatına görə, investisiya portfelinin 38,4%-i Avropa ölkələri (2016-cı ilin sonuna 43,1%), 27,87%-i Şimali Amerika (2016-cı ilin sonuna 23,5%), 26,05%-i Asiya-Sakit Okean regionu ölkələri (2016-cı ilin sonuna 26.3%), qalanı digər regionlarda yerləşdirilib.

 

Fondun investisiya portfelinin 76,3%-i pul bazarının istiqrazları və alərlərinə, 14,9%-i səhmlərə, 5.3%-i daşınmaz əmlaka, 3,5%-i qızıla yatırılıb.

 

Qeyd etdiyimiz kimi, Fondun vəsaitlərinin 76,3%-i istiqrazlarda və pul bazarı alətlərində yerləşdirilib. Həmin borcların 32%-nin müddəti 1 ilə qədər, 35,7%-nin müddəti 1-3 il, 17,1%-nin müddəti 3-5 il, 15,2%-nin müddəti isə 5 ildən çoxdur.

09.02.2018 05:50

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ