Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda Qafqaz dağının altından tunel çəkiləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda Qafqaz dağının altından tunel çəkiləcək

"Dövlət başçısının tapşırığına əsasən, həm Qəbələdəki, həm də Şahdağdakı qış istirahət mərkəzini yeraltı tunellə dəmir yolu şəbəkəsinə birləşdirəcəyik". 

 

Reklam_3_11

Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.


C. Qurbanovun sözlərinə görə, bu il, həmçinin Qəbələyə dəmir yolu çəkiləcək.

 

"Qəbələyə yolu Ləkidən dönməklə çıxacağıq. İlk öncə Bakıdan Ləki stansiyasına qədər gediləcək, ondan sonra Ləkidən sağ tərəfə çıxıb, Ağdaşın yanından keçməklə Qəbələnin hava limanına qədər çıxacağıq. Ləki stansiyasından Qəbələyə qədər 57 km yoldur. Bir az da dağlıq relyefi var və yüksəkliklə hərəkət olacaq. Bu il artıq tikinti işlərinə başlanılacaq. Gələn ilin sonuna kimi Qəbələyə kimi olan yolu bitirməyi düşünürük", - deyə C. Qurbanov vurğulayıb.

 

HƏR YERDƏ KEÇƏRLİ TAKSİT KARTI

 

Cavid Qurbanov bildirib ki, Xaçmaz istiqamətinə olan dəmir yolu xətti yenidən inşa olunur.


 
Bakı-Yalama stansiyası yenidən təmir olunacaq, buradan elektrik qatarları buraxılacaq.

 

"Xudat stansiyasından sola dönməklə Qusarın üzərindən keçməklə Şahdağa qədər olan yolun çəkilişi üçün layihələndirmə işlərini hazırlayırıq. Gələcək üçün isə Qəbələdə qış-istirahət mərkəzi ilə "Şahdağ" qış-istirahət mərkəzini tunel vasitəsi ilə bir-birinə birləşdirməyi düşünürük. Bir növ dairə alınacaq", - deyə C. Qurbanov əlavə edib.

 

© APA ,Report

09.02.2018 10:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ